Tesla şirkətinin gəlirləri rekord səviyyədə – 27 dəfə yüksəlib

posted in: Xəbər | 0
birbank biznes

Elon Musk-ın “Tesla” şirkəti 2021-ci ilin birinci rübünü rekord qazancla başa vurub. Qazanc ötən ilin analoji dövrü ilə müqayisədə (16 milyon dollar) 27 dəfə artaraq, yanvar-mart ayları ərzində (hər səhmə görə 0,39 dollar) 438 milyon dollar təşkil edib. Bu barədə şirkətin saytında xəbər verilib.

İstehsalçı artıq ardıcıl olaraq yeddinci rübdür ki, qazanc göstərcisi ilə işləyir. Əldə edilən qazanc 5,99 milyard dollardan 10,39 milyard dollara yüksəlib. Şirkət bazara 2020-ci il ərzində yarım milyon və bu ilin birinci rübündə 184,8 min ədəd avtomobil çıxarıb.

İlin əvvəlindən bəri “Tesla” şirkəti həmçinin bitkoinlərin satışından  da 101 milyon dollar qazanc əldə edib. Qeyd olunur ki, birinci rübdə elektromobillərin qiyməti əvvəlki illə müqayisədə 13 faiz çox olub. Hesabat dərc olunduqdan sonra istehsalçının səhmlərinin dəyəri 3,1 faiz azalmışdı, çünki şirkət bu il üçün avtomobil tədarükü üzrə konkret rəqəm göstərməmişdi.

Bundan əvvəl isə Mask, şirkətinin səhmlərinin qiymətinin aşağı düşməsi fonunda milyardlarla dollar itirmişdi. Bu, “Tesla” avtomobilinin qəzaya uğraması və iki nəfərin həlak olmasından sonra baş vermişdi. Belə ki, elektromobil yüksək sürətlə hərəkət edərkən, döngəni düz keçə bilməyərək, ağaca çırpılmışdı. Bundan sonra avtomobil alışaraq yanmışdı və o dörd saata yaxın müddətdə söndürülə bilmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email