Online rejimdə uçot məlumatlarında dəyişikliklər hansı halda mümkündür?

posted in: Xəbər | 0
birbank biznes

e-ticarət, təlimlər,Sual: Faktiki fəaliyyət göstərdiyim fəaliyyət növünün dəyişdirilməsi üçün məlumat dəyişikliyinin aparılması məqsədilə müvafiq elektron prosedurlar etmək istəyirəm. Lakin, www.e-gov.az vasitəsilə “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətdən yararlanmaq mümkün deyil. “The remote server returned an error: (503) Server Unavailable.” qeyd olunur. Zəhmət olmazsa, bu problemin həll olunmasında mənə yardım edin. Öncədən təşəkkürlər. (uçot məlumatları)

Cavab: Bildiririk ki, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Bildiririk ki, hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
uçot məlumatları,
Print Friendly, PDF & Email