Xarici valyuta əməliyyatları

posted in: Xəbər | 0

Əsas anlayışlar

Xarici valyuta – müəssisənin əsas əməliyyatlarının aparılmadığı valyutadır.

Əməliyyat valyutası – şirkətin əsas fəaliyyəti zamanı əməliyyatlarda istifadə edilən valyutadır (bizdə bu manatdır).

Təqdimat valyutası şirkətə məxsus maliyyə hesabatlarında göstəricilərin əks olunduğu valyutadadır.

Müəyyən valyutadakı vəsaitin başqa valyutaya keçirilməsi zamanı manatla ifadə edilən yaranan fərqdən asılı olaraq:

  • 1 manatın nə qədər hansısa konkret xarici valyutaya bərabər olmasına birbaşa məzənnə adlanır;
  • 1 hansısa konkret xarici valyutanın nə qədər manata bərabər olmasına dolayı məzənnə deyilir.

Çarpaz valyuta üçüncü valyutaya münasibətdə 2 xarici valyuta arasındakı məzənnədir.

Mühasibat subyektləri bütün təsərrüfat əməliyyatlarını (pul vəsaitləri və onların ekvivalentləri ilə əməliyyatlar, debitor, kreditor borclar və sair) manatla əks etdirməlidirlər. Xarici valyuta üzrə qalıqlar, xarici valyutada köçürmələr, ödənişlər üzrə əməliyyatlar mühasibat uçotunda qeydə alınmaq üçün həmin günə Mərkəzi Bankın məzənnələri  nəzərə alınmaqla aparılmalıdır.

Məzənnə fərqindən yaranan gəlirin uçotu

Mühasibat uçotu subyektlərində hər ilin sonunda yenidən dəyərləndirilmə aparılır ki, kurs dəyişməsi nəticəsində yaranmış fərqlər uçotda göstərilsin.

Məsələn, bank hesablaşma hesabında hesabınızda 10.000 dollar var. Həmin dolları əldə edəndə Mərkəzi Bankın valyuta məzənnəsi 1$=1.7 AZN olub. Təqvim ilinin sonunda valyuta aktivlərini yenidən qiymətləndirən zaman isə Mərkəzi Bankın kursu 1$=1.8 AZN təşkil edir, yəni aktivlərin dəyərində artım baş vermişdir. Bu sizin kapitalınıza təsir edəcəkdir. Deməli, müxabirləşmələr belə olacaqdır :

DT  223-2               KT  611-8            1000

Burada 1000 manat məbləğ məzənnə fərqindən yaranmış gəlirinizdir.

İlin sonunda məzənnə fərqlərinə görə gəlirlər hesabat dövrünün mənfəəti kimi 611-8 saylı ”Məzənnə fərqləri üzrə gəlirlər” subhesabın debetində , 801 saylı “Ümumi mənfəət” hesabının müvafiq subhesablarının kreditində göstərilməlidir :

DT  611-8                 KT  801            1000

Məzənnə fərqindən yaranan xərcin uçotu

Təşkilatın xarici valyuta məzənnələrində yaranan dəyişikliklərdən yaranan xərcləri “Məzənnə xərcləri” (731-8 saylı) subhesabında əks etdirilə bilər. Yəni yuxarıdakı nümunədə üzərindən məzənnə aşağı düşmüş olsaydı:

DT  731-8                 KT  223-2         1000

Məzənnə xərcləri üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 saylı hesabın müvafiq subhesablarının debetində, 731-8 №li subhesabın kreditində göstərilməlidir:

DT  801                   KT  731-8            1000

Xarici valyuta aktivlərinin dəyərləndirilməsi

Ümumiyyətlə, xarici valyuta aktivləri, eləcə də xarici valyutada olan debitorlar və kreditorlar 2 müxtəlif zamanlarda dəyərləndirilir.

Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, bir qayda olaraq hesabat ilinin sonunda aparılır. Yəni hər ilin sonu xarici valyutada olan aktiv və öhdəlik hesablarınız qiymətləndirilməlidir.

İkinci isə siz həmin xarici valyutada əməliyyat edən anda qiymətləndirmədir.

Bunu daha yaxşı başa düşmək üçün belə bir nümunəyə baxaq:

Nümunə: Müəssisə 03.08.2022 tarixində xarici tərəfdaşdan satış məqsədi ilə 10.000 evro dəyərində mallar almışdır. Müqaviləyə görə malın dəyərinin 40%-i mallar alındıqdan sonra 10 gün ərzində, qalan hissəsi isə bərabər həcmdə mallar əldə edildikdən sonra 6 ay ərzində ödənməlidir. İlk ödənişi 07.09.2022 tarixində 4000 euro olaraq edilib. İkinci, həmçinin üçüncü ödəniş 18.10.2022 tarixində 3500, 06.01.2023 tarixlərində 5500 avro olmaqla həyata keçirilmişdir.

İlk olaraq məzənnələri müəyyən edək:
03.08.2022 tarixinə MB avro üzrə məzənnə – 2.0198
07.09.2022 tarixinə MB avro üzrə məzənnə – 2.1210
18.10.2022 tarixinə MB avro üzrə məzənnə – 1.9980
31.12.2022 tarixinə MB avro üzrə məzənnə – 1.9890
06.01.2023 tarixinə MB avro üzrə məzənnə – 1.9875
Deməli, ilk olaraq biz malları əldə etdiyimiz tarixə məzənnə ilə kreditor borcumuzu tanımalıyıq.
DT. 205 KR 531-2 20198 AZN (10.000 EUR)
Sonra ilk ödəniş tariximizə :
DT 531-2 KR 223-2 8079.2 AZN (4000 EUR)
DT 731-8 KR 223-1 404.8 AZN (məzənnə xərci)
İkinci ödənişimiz zamanı :
DT 531-2 KR 223-2 6993 AZN (3500 EUR)
DT 531-2 KR 611-8 76.3 AZN (məzənnə gəlir)
Bundan sonra il bitir və biz 31.12.2022-ci il tarixində valyutada olan aktiv və öhdəlikləri yenidən qiymətləndiririk. Bundan ötrü biz xarici tərəfdaşa borclu qaldığımız məbləğə görə dəyərləndirmə edirik :
DT 531-2 KR 611-8 77 manat (2500 euro öhdəlikdən məzənnə gəlir)
DT 611-8 KR 801 153.3 manat
DT 801 KR 731-8 404.8 manat
Göründüyü kimi il sonuna, nəticə etibarı ilə biz, məzənnə fərqinə görə daha çox itirmiş oluruq nəinki qazanmış.
Sonuncu 3-cü ödənişi də özünüz sərbəst formada anoloji qaydada edə bilərsiniz.

 

Dollar nisbətən daha dayanıqlı valyuta hesab edilir. Avro, rubl, lirə, funt-sterlinq və s. kimi xarici valyutalar üzrə Mərkəzi Bankın məzənnəsi isə demək olar hər həftə dəyişir. Bu səbəblə mühasib olaraq biz dəyərləndirməni hər həftə deyil, hesabat ilinin sonunda yaxud ödəniş, habelə daxilolma əməliyyatları zamanı etmiş olsaq kifayətdir.

801 saylı  mənfəətlər (zərərlər) hesabı sonda xalis mənfəətə bağlanan hesabdır. Lakin bununla belə müsbət yaxud mənfi məzənnə fərqlərini birbaşa o hesaba ata bilmərik. Bizim üçün önəmlidir ki, onu ilk olaraq gəlir(xərc) hesablarında uçota alaq ki, məhz həmin hesabların ilin sonunda yekun nəticəsini ümumi mənfəət zərər və nəhayət xalis mənfəət hesabına köçürək.

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir