Ödənişsiz vebinar: “Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

Dəyərli dostlar, sizi “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü il üzrə ilk ödənişsiz vebinarına qoşulmağa dəvət edirik.

Bu vebinar gündəlik həyatımızda qarşılaşdığımız sadələşdirilmiş vergi ödəyicilərinin hazırlamalı olduğu bəyannamə ilə bağlıdır. Ən əsası da vebinarda 4-cü rübdə vergi orqanı tərəfindən tələb edilən 1 nömrəli əlavənin doldurulması qaydası izah ediləcəkdir.

Bununla yanaşı siz ən çox qarşılaşılan uyğunsuzluq məktubları və onların cavablandırılması ilə bağlı məlumat sahibi olacaqsınız.

Sadələşdirilmiş vergi bəyannaməsini çox rahatlıqla tərtib edirsiniz, ancaq, 1 nömrəli əlavəsinin hazırlanmasında çətinliyiniz var. O halda bu vebinar tam olaraq sizin üçün nəzərdə tutulmuşdur. Vebinara qatılmaqla bildiklərini təkrarlayacaq və yeni məlumatlar əldə edəcəksiniz.

Tarix: 07.01.2023

Saat: 19:00-21:00

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:

  • Vergi hesablanması bölməsinin doldurulması;
  • Ödəmə mənbəyindən tutulan verginin hesablanması bölməsinin doldurulması;
  • Əlavə 1-in doldurulması qaydası;
  • Əlavə 2-nin doldurulması qaydası;
  • Əlavə 3-ün doldurulması qaydası;
  • Ən çox qarşılaşılan kameral uyğunsuzluq məktublarının izahı.

Təlimçi barədə:

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


Əlaqə:


Print Friendly, PDF & Email