Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb

posted in: Xəbər | 0
birbank biznes

Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə edilən dəyişikliklər fiziki şəxslərə verilən vergi güzəştləri ilə bağlı müddəaları da əhatə edir. Vergi mütəxəssisi İlqar Əsədov bu dəyişikliyin güzəşt hüququnun alınmasına münasibətin dəyişdiyi qənaətindədir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əvvəllər hər hansı statusa uyğun gələn şəxs müvafiq statusunu təsdiq edən sənədləri nə zaman təqdim edərdisə, işəgötürənlər də həmin aydan etibarən onun gəlirlərinə güzəşt tətbiq edirdi və əvvəlki tarixləri nəzərə almırdılar. Bu barədə bəyannamələrdə hər hansı dəqiqləşdirilmə verilmirdi.


Əmək müqaviləsi bağlamamış işçilərin hüquqları


Dəyişiklikdən sonra qüvvəyə minmiş yeni yanaşmaya görə, işə cari ilin yanvar ayında başlayan vergi güzəşti hüququ olan şəxs, məsələn, dekabr ayında güzəşt hüququnu təsdiq edən sənədi təqdim etsə, mühasibat onun güzəşt hüququnu əmək müqaviləsinin hüququ qüvvəyə mindiyi tarixdən, yəni yanvar ayından nəzərə almalıdır.

Dəyişiklik real çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Bir sıra hallarda güzəşt hüququ olan şəxslər, müvafiq arayışları, sənədləri almaqda ciddi çətinliklər çəkirlər.

Dəyişiklik başqa bir problemi də həll edir. İndiyədək güzəşt hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı. Bu isə o deməkdir ki, işçi sənədi mühasibata ayın 17-də təqdim etdiyi halda, həmin ayın ilk 17 gününə güzəşt tətbiq olunmurdu. Bu isə bəyannamələrin təqdim edilməsi baxımından texniki çətinlik yaradırdı.

Bundan başqa, sənədlərin təqdim edildiyi an ifadəsi işi bir qədər də çətinləşdirirdi: bəzən verilmiş arayışın, sənədin tarixi başqa ola bilər, lakin işçi onu müəyyən səbəblərdən iş yerinə bir qədər gec təqdim etmiş ola bilərdi. Yeni dəyişikliklə bu cür hallar aradan qalxmış oldu.

Qeyd edim ki, burada sözügedən sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”dır.

Başqa bir məqam budur ki, bu maddənin müddəası yanvar 2022-ci il tarixindən əvvəl müvafiq statusu əldə etmiş şəxslərə də şamil edilir: Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, “VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Güzəşt hüququ fiziki şəxsin halını yüngülləşdirdiyindən bu hüquq geriyə qüvvəsi olan hüquq olmalıdır.

Mənbə: vergiler.az


Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlər vergiyə cəlb olunurmu?


Print Friendly, PDF & Email