Vergi Məcəlləsində hansı dəyişikliklər olacaq?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci, 16-cı, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır: 

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11-ci maddədən “, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa,” sözləri çıxarılsın;

1.2. 13-cü maddə üzrə:

Mühasibat xidmətləri

1.2.1. 13.2.49-2-ci maddəyə “yoxlaması” sözündən sonra “və ya üfüqi monitorinq” sözləri, “yoxlama” sözündən sonra “(monitorinq)” sözü və “edilməsi” sözündən sonra“, habelə səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq həmin halların bu Məcəllənin 85.5-ci maddəsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsi” sözləri əlavə edilsin;

1.2.2. 13.2.60-cı maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Bu maddənin və bu Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur;”;

1.2.3. 13.2.68-ci maddə ləğv edilsin;

1.2.4. 13.2.72-ci maddəyə “maddələrində” sözündən sonra “, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində” sözləri əlavə edilsin;

1.2.5. 13.2.81-ci maddəyə “rəsmiləşdirilən” sözündən sonra “uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan” sözləri əlavə edilsin;

1.3. 34-cü maddə üzrə:

1.3.1. 34.1-ci maddənin səkkizinci abzasının birinci cümləsində “formatda” sözü “formada (uçota alınmaq üçün ərizənin poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

1.3.2. 34.4-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Vergi ödəyicisi olan fiziki şəxs uçotdan çıxarılması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizəni elektron və (və ya) kağız formada (poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla) vergi orqanına təqdim edir.”;

1.3.3. 34.7.4-cü maddə ləğv edilsin;

1.4. 36-cı maddə üzrə:

1.4.1.  adına “yoxlamaları” sözündən sonra “, üfüqi monitorinq” sözləri əlavə edilsin;

1.4.2.  aşağıdakı məzmunda 36.6-1-ci maddə əlavə edilsin:

“36.6-1. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar (bu Məcəllənin 38.3.2-ci, 38.3.5-ci, 38.3.6-cı və 38.3.10-cu maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) və kameral vergi yoxlamaları keçirilmir.”;

1.5. 38-ci maddə üzrə:

1.5.1. 38.1-ci maddənin birinci abzasından “, o cümlədən elektron audit” sözləri çıxarılsın;

1.5.2. aşağıdakı məzmunda 38.3.10-cu maddə əlavə edilsin:

“38.3.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisində transfer qiymətlərinin tətbiqi üzrə və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu halda vergilərin hesablanması zamanı.  Bu halda növbədənkənar səyyar vergi yoxlaması yalnız transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olmuş sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlarla əhatə edilən əməliyyatlar üzrə aparıla bilər.”;

1.5.3. 38.8-ci maddə ləğv edilsin;

1.6. aşağıdakı məzmunda 38-1-ci maddə əlavə edilsin:

“Maddə 38-1. Üfüqi monitorinq

38-1.1. Üfüqi monitorinq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir. Üfüqi monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.

38-1.2. Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllənin 38-1.7-ci maddəsində göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.

38-1.3. Bu Məcəllənin 38-1.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:

38-1.3.1. vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;

38-1.3.2. vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;

38-1.3.3. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq edirsə.

38-1.4. Barəsində riskli vergi ödəyicisi olmasına dair qərar qüvvədə olduqda, habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilə bilməz.

38-1.5. Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq forması və doldurulma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizə və aşağıdakı sənədlərlə (məlumatlarla) birlikdə vergi orqanına müraciət edir:

38-1.5.1. bu Məcəllənin 38-1.10.1-ci maddəsinə əsasən təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər və məlumatlar;

38-1.5.2. bu Məcəllənin 38-1.10.2-ci maddəsinə uyğun olaraq qurulmuş daxili nəzarət sistemi, mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədlər.

38-1.6. Üfüqi  monitorinqə qəbul edilmə barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Məcəllənin 38-1.3-cü maddəsində nəzərdə tutulmuş şərtlərə uyğunluğuna vergi orqanı tərəfindən 2 ay müddətində baxılır və baxılmanın nəticəsi üzrə vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi və ya üfüqi monitorinqə qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir. Vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə qəbul edilir və növbəti illər ərzində də qüvvədə qalır (vergi ödəyicisi bu Məcəllənin 38-1.12-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqdən çıxarılmadığı halda).

38-1.7. Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarılmış vergi ödəyicisi bu Məcəllədə nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim edir. Bu maddədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra növbəti gün vergi orqanı tərəfindən üfüqi monitorinqin başlanması barədə qərar qəbul edilir.

38-1.8. Bu Məcəllənin 38-1.5-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar həmin maddədə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin və məlumatların,  onlar vergi ödəyicisində olmadıqda isə bu barədə izahatın təqdim edilməsi üçün vergi ödəyicisinə 5 iş günü ərzində elektron qaydada sorğu göndərir. Sorğu göndərildikdən sonra 15 gün ərzində tələb edilən sənədlər və məlumatlar vergi orqanına təqdim edilməlidir.

38-1.9. Üfüqi monitorinqin başlama tarixindən 15 gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannamələrini təqdim edə bilər.

38-1.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

38-1.10.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdığı məlumat mübadiləsi platformasında yerləşdirmək və vergi orqanının həmin  platformaya çıxışını təmin etmək;

38-1.10.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etmək.

38-1.11. Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, nümunə kimi əşyaların götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və inventarizasiya aparılması bu Məcəllənin 38.5-ci, 38.6-cı, 39 – 41-ci və 43 – 48-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

38-1.12. Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılır və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılır:

38-1.12.1. vergi ödəyicisi tərəfindən üfüqi monitorinqdə iştirakın dayandırılması barədə ərizə təqdim edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində üfüqi monitorinqdən çıxarılır);

38-1.12.2. sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl iki dəfə pozulduqda;

38-1.12.3. bu Məcəllənin 38.3.6-cı maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda;

38-1.12.4. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq mümkün vergi riskləri barədə məlumatı açıqlamamışdırsa vergi ödəyicisində üfüqi monitorinqlə əhatə olunan dövr üzrə bu Məcəllənin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı bu Məcəllənin 36.3-1.2-ci maddəsində göstərilən hal üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə əhatə olunan dövr daxil olmaqla);

38-1.12.5. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, habelə vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda.

38-1.13. Üfüqi monitorinq başa çatdıqdan sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri (onun müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:

38-1.13.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

38-1.13.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması.

38-1.14. Bu Məcəllənin 38-1.15-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, üfüqi monitorinq aparılan vergi ödəyicisində vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanının qərarı ilə bu Məcəllənin 58.1-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilir.

38-1.15. Vergi ödəyicisi üfüqi monitorinqlə aşkar olunmuş kənarlaşmalar barədə məlumatı üfüqi monitorinqin başlanmasına qədər bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemi tətbiq etməklə müvafiq formada açıqlamışdırsa üfüqi monitorinq keçirilən vergi ödəyicilərinə vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.”;

1.7. 55.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 55.1.7-ci maddə əlavə edilsin:

“55.1.7. bu Məcəllənin 38-1.15-ci maddəsində nəzərdə tutulan halda vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasının üfüqi monitorinq nəticəsində aşkar edilməsi.”;

1.8.  58-ci maddə üzrə:

1.8.1.  58.1-1-ci maddədə “vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında” sözləri “üfüqi monitorinq zamanı” sözləri ilə əvəz edilsin;

1.8.2.  58.2-ci maddədə “və ya” sözləri “ərizənin verilməməsinə görə 200 manat məbləğində, bu Məcəllənin” sözləri ilə əvəz edilsin;

1.8.3.  58.12-ci maddədə “14.5.1-1.9-cu” sözləri “14.5.1-1.3-cü” sözləri ilə əvəz edilsin;

1.9.  59.2-ci maddənin ikinci cümləsinə “yoxlaması” sözündən sonra “və üfüqi monitorinq” sözləri əlavə edilsin;

1.10.  67.15-ci maddənin birinci cümləsinə “nəzarəti” sözündən sonra “(o cümlədən üfüqi monitorinq)” sözləri əlavə edilsin;

1.11.  aşağıdakı məzmunda 70.1-1-ci maddə əlavə edilsin:

“70.1-1. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edilmiş elektron xidmətlərlə bağlı vergi ödəyiciləri tərəfindən vergi orqanlarına göndərilən sənədlər yalnız elektron kabinet vasitəsilə elektron qaydada təqdim olunur.”;

1.12.  71-1-ci maddə üzrə:

1.12.1. 71-1.1.3-cü maddəyə birinci halda “xidmətlərin” sözündən sonra “(beynəlxalq daşıma xidmətləri, habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.12.2. aşağıdakı məzmunda 71-1.1.3-1-ci və 71-1.1.3-2-ci maddələr əlavə edilsin:

“71-1.1.3-1. beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşıma xidmətlərinin başlanıldığı vaxtadək;

71-1.1.3-2. müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt;”;

1.12.3. 71-1.1.5-ci maddədə “gün” sözü “vaxtadək” sözü ilə əvəz edilsin;

1.12.4. 71-1.3-cü maddəyə “mallara” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə” sözləri əlavə edilsin;

1.12.5. 71-1.5.12-ci maddədən “alınmış” sözü çıxarılsın;

1.13.  87.1-ci maddədə “Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin” sözləri “Vergilərin” sözü ilə əvəz edilsin;

1.14. aşağıdakı məzmunda 88.4-cü maddə əlavə edilsin:

“88.4. Bu Məcəllənin 88.1.1-ci maddəsinin müddəaları bu Məcəllənin 221.4.7-ci və 221.8.6-cı maddələrində nəzərdə tutulan hallara şamil edilmir.”;

1.15. 101-ci maddə üzrə:

1.15.1. 101.1-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur:

101.1-1.1. 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

2-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

2500 manatadək

3 faiz

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

 

 

 

 

 

 

 

 

101.1-1.2. 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

3-cü cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

2500 manatadək

5 faiz

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

 

 

 

 

 

101.1-1.3. 2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

4-cü cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

2500 manatadək

7 faiz

2500 manatdan 8000 manatadək

175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

1.15.2. 101.2-ci maddənin ikinci abzasında “maddədə” sözü “maddənin birinci abzasında” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulur.”;

1.16. 102-ci maddə üzrə:

1.16.1. 102.1.39-cu maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.16.2. 102.1.41-ci maddəyə “özəl” sözündən əvvəl “ictimai iaşə fəaliyyəti və” sözləri əlavə edilsin;

1.17. aşağıdakı məzmunda 104.9-cu maddə əlavə edilsin:

“104.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər həmin vəsaitin məbləği bu maddənin məqsədləri üçün vergitutma obyektidir.”;

1.18. 106-cı maddə üzrə:

1.18.1. 106.1.32-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.18.2. 106.1.34-cü maddəyə “tibb” sözündən əvvəl “ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və” sözləri əlavə edilsin;

1.19. 114-cü maddə üzrə:

1.19.1. 114.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır.”;

1.19.2. 114.3-cü maddənin birinci abzasına “üzrə” sözündən sonra “azalan qalıq dəyəri metodu (bu Məcəllənin 114.3.6-cı maddəsinə münasibətdə düz xətt metodu) ilə” sözləri əlavə edilsin;

1.19.3. 114.3-1-ci və 114.3-2-ci maddələr müvafiq olaraq 114.3-2-ci və 114.3-3-cü maddələr hesab edilsin və aşağıdakı məzmunda 114.3-1-ci maddə əlavə edilsin:

“114.3-1. Amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

114.3-1.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular – 44 il;

114.3-1.2. maşın və avadanlıqlar – 14 il;

114.3-1.3. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11 il;

114.3-1.4. hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29 il;

114.3-1.5. istehsalat, idman maşınları, idman motosikletləri, idman velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri – 9 il;

114.3-1.6. xidməti nəqliyyat vasitələri – 19 il;

114.3-1.7.  avtonəqliyyat vasitələri – 14 il;

114.3-1.8. iş heyvanları –  14 il;

114.3-1.9. geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 11 il;

114.3-1.10. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 il, istifadə müddəti məlum olanlar üçün isə istifadə illərinə  uyğun olaraq;

114.3-1.11. digər əsas vəsaitlər – 14 il.”;

1.19.4. 114.4-cü maddənin birinci abzasına “üzrə” sözündən sonra “azalan qalıq dəyəri metodu ilə” sözləri əlavə edilsin;

1.19.5. 114.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“114.5. Azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları binalar, tikililər və qurğular (bundan sonra – tikililər) üçün hər tikili üzrə ayrılıqda, düz xətt metodu ilə amortizasiya ayırmaları isə hər bir amortizasiya olunan aktiv üzrə ayrılıqda aparılır.”;

1.19.6. 114.6-cı maddənin birinci abzasında “Amortizasiya” sözü “Azalan qalıq dəyəri metodu ilə amortizasiya” sözləri əvəz edilsin;

1.19.7. 114.8-ci maddədə “İlin” sözü “Azalan qalıq dəyəri metodu ilə amortizasiya hesablanması zamanı ilin” sözləri ilə əvəz edilsin;

1.19.8. 114.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“114.10. Bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən (investisiya xərcləri) dövlət müəssisələrinə 2026-cı il 1 yanvar tarixədək ayrılaraq nizamnamə kapitalına aid edilmiş vəsaitlər, habelə 2026-cı il yanvarın 1-dən sonrakı dövrdə bu Məcəllənin 104.9-cu maddəsində müəyyən edilmiş meyarlara cavab verən investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər üzrə bu Məcəllənin 114.3-cü maddəsinə uyğun  olaraq hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.”;

1.19.9. aşağıdakı məzmunda 114.11-ci maddə əlavə edilsin:

“114.11. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması aşağıdakı qaydada həyata keçirilir:

114.11.1. üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri cari il ərzində amortizasiya ayırmalarının hesablanması üçün iki mümkün amortizasiya metodundan birini seçir və aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyiciləri tərəfindən seçilmiş amortizasiya metodu 3 il ərzində dəyişdirilmir. İl ərzində aprel ayının 15-dək ləğv edilən vergi ödəyiciləri tərəfindən əvvəlki ildəki amortizasiya metodu tətbiq edilir;

114.11.2. azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmalarının hesablanması, bu Məcəllənin 115.9-cu maddəsi nəzərə alınmaqla, bu Məcəllənin      114-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq dəyəri metodundan düz xətt metoduna keçid zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin keçid tarixinə olan qalıq dəyərinin həmin tarixə qalan istifadə müddətinə bölünməsi yolu ilə hesablanır;

114.11.3. düz xətt metodu ilə illik amortizasiya məbləğləri həmin əsas vəsaitlərin ilkin dəyərinin onların bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətlərinə bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi zamanı həmin əsas vəsaitlər üzrə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir  və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən olunmuş istifadə müddətinə bölünməklə əldə olunan məbləğ əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxılır;

114.11.4. düz xətt metodundan azalan qalıq dəyəri metoduna keçid zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin qalıq dəyərinin bu Məcəllənin 114.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş amortizasiya normasına vurulması ilə hesablanır;

114.11.5. vergi ödəyicisində üfüqi monitorinqin keçirilməsi dayandırıldıqda və ya vergi  ödəyicisi üfüqi monitorinqdən çıxarıldıqda həmin hesabat ilində amortizasiya ayırmaları bu Məcəllənin 114.11.2-ci maddəsinə uyğun olaraq hesablanır;

114.11.6. amortizasiyanın düz xətt metodunun tətbiqi zamanı amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin ilkin dəyərinə bu Məcəllənin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) ilkin dəyərinə əlavə olunmur.”;

1.20. 115-ci maddə üzrə:

1.20.1. 115.2-ci maddənin üçüncü abzasında “maddəsinə” sözü “və 114.3-1.1-ci maddələrinə” sözləri ilə əvəz edilsin;

1.20.2. aşağıdakı məzmunda 115.9-cu maddə əlavə edilsin:

“115.9. Bu Məcəllənin 38-1-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqə qəbul olunmuş vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılan əsaslı təmir xərcləri və bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan cari təmir xərcləri üzrə məbləğlər cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir. Həmin vergi ödəyiciləri tərəfindən norma daxilində çəkilmiş cari təmir xərcləri bu Məcəllənin 115.1-115.8-ci maddələrinin tələblərinə uyğun olaraq gəlirdən çıxılır.”;

1.21. 124-cü maddə üzrə:

1.21.1. adına “icarə” sözündən sonra “(kirayə)” sözü əlavə edilsin;

1.21.2. 124.1-ci maddə üzrə:

1.21.2.1. ikinci abzas üçüncü abzas hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.”;

1.21.2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.”;

1.21.3. 124.2-ci maddəyə “İcarə” sözündən sonra “(kirayə)” sözü əlavə edilsin;

1.22. 144.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 144.1.5-ci və 144.1.6-cı maddələr əlavə edilsin:

“144.1.5. bu Məcəllənin 114.2-ci maddəsinə uyğun olaraq amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar;

144.1.6.  bu Məcəllənin 114.10-cu maddəsi ilə müəyyən edilmiş qaydada amortizasiya olunan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar.”;

1.23. 153.3-cü maddədə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.24. aşağıdakı məzmunda 155.1-1-ci maddə əlavə edilsin:

“155.1-1. Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.”;

1.25. 159.1-ci maddənin ikinci cümləsinə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.26. 164.1-ci maddə üzrə:

1.26.1. 164.1.8-1-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.26.2. 164.1.15-ci maddəyə “əsasında” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;

1.26.3. 164.1.16-cı maddəyə “olunan” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;

1.26.4. 164.1.28-ci maddə aşağıdakı redaksiyada verilsin:

“164.1.28. gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2026-cı il mayın 1-dən  3 il müddətinə;”;

1.26.5. 164.1.31-ci maddədən “mineral” sözü çıxarılsın;

1.26.6. 164.1.32-ci maddəyə “toxumların” sözündən əvvəl “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri, “o cümlədən” sözlərindən sonra “bu sahələrdə istifadəsi nəzərdə tutulmuş” sözləri əlavə edilsin;

1.26.7. 164.1.33-cü maddəyə “kənd” sözündən əvvəl “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;

1.26.8. 164.1.36-cı maddədə “9” rəqəmi “14” rəqəmləri ilə əvəz edilsin;

1.26.9. 164.1.41-ci, 164.1.41-3-cü və 164.1.41-4-cü maddələr aşağıdakı redaksiyalarda verilsin:

“164.1.41. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;”;

“164.1.41-3. tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə;

164.1.41-4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə;”;

1.26.10.  164.1.52-ci maddədə “5” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin;

1.26.11.  164.1.63-cü maddə aşağıdakı redaksiyada verilsin:

“164.1.63. aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı:

164.1.63.1. dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

164.1.63.2. dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

164.1.63.3. dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə.”;

1.27. 165-ci maddə üzrə:

1.27.1. 165.1.3-cü maddədən “(o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların)” sözləri çıxarılsın və həmin maddəyə “ixracı” sözündən sonra “, habelə malların, o cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal edilən və rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi” sözləri əlavə edilsin;

1.27.2. 165.5-ci maddənin birinci cümləsinə “teatr” sözündən əvvəl “bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə,” sözləri əlavə edilsin;

1.28. 174-cü maddə üzrə:

1.28.1. 174.4-cü maddənin birinci cümləsinə “mənşəli” sözündən sonra “(xarici mənşəli balıq məhsulları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.28.2. 174.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“174.5. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə münasibətdə 2024-cü il yanvarın 1-dən 3 il müddətinə,  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə isə 2026-cı il yanvarın        1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;

1.29. 175.6-cı maddənin ikinci cümləsinə “subsidiya” sözündən sonra “(aktivlərə aid edilən subsidiya istisna olmaqla)” sözləri əlavə edilsin;

1.30. 185-ci maddə üzrə:

1.30.1. 185.1-ci maddə üzrə:

1.30.1.1. birinci cümlə ləğv edilsin;

1.30.1.2. ikinci cümlədən “digər” sözü çıxarılsın;

1.30.2. 185.2-ci maddənin birinci abzasına “190.1.1−190.1.6-cı” sözlərindən sonra “və 190.1.13-cü” sözləri əlavə edilsin;

1.31. 187-ci maddəyə “ixracı” sözündən sonra “və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi” sözləri əlavə edilsin;

1.32. 188.1.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 188.1.1.11-ci maddə əlavə edilsin:

“188.1.1.11. təqvim ili ərzində 1 ədəd mobil cihaz.”;

1.33. 190-cı maddə üzrə:

1.33.1. aşağıdakı məzmunda 190.1.9-1-ci maddə əlavə edilsin:

“190.1.9-1. dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər;”;

1.33.2. 190.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.1.13-cü maddə əlavə edilsin:

“190.1.13. mobil cihazlar.”;

1.33.3. 190.2-ci maddədə “avtobuslar, minik avtomobilləri, motosikletlər, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları” sözləri “bu Məcəllənin 190.1.7–190.1.13-cü maddələrində göstərilən aksizli mallar” sözləri ilə əvəz edilsin;

1.33.4. 190.3.1-ci maddədən “tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan” sözləri çıxarılsın və həmin maddədə “4,8” rəqəmləri “5,0” rəqəmləri ilə əvəz edilsin;

1.33.5. 190.3.2-ci və 190.3.3-cü maddələrdə “4,8” rəqəmləri “5,0” rəqəmləri ilə əvəz edilsin;

1.33.6. 190.3.7-ci və 190.3.8-ci maddələrdə “45,5” rəqəmləri “55,0” rəqəmləri ilə əvəz edilsin;

1.33.7. 190.3.10-cu maddədə “3,1” rəqəmləri “3,3” rəqəmləri ilə əvəz edilsin;

1.33.8. 190.3.13-cü maddədə “0,4” rəqəmləri “0,5” rəqəmləri ilə əvəz edilsin;

1.33.9. 190.4-cü maddədə “avtobuslara, minik avtomobillərinə, motosikletlərə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına” sözləri “bu Məcəllənin 190.1.7–190.1.13-cü maddələrində göstərilən aksizli mallara” sözləri ilə əvəz edilsin;

1.33.10.  190.4.1-4-cü maddədə “1,2”  rəqəmləri “1,5” rəqəmləri ilə, “1,5” rəqəmləri “2,0” rəqəmləri ilə əvəz edilsin;

1.33.11.  aşağıdakı məzmunda 190.4.1-6-cı maddə əlavə edilsin:

“190.4.1-6. Kvadrisikllərin mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,5 manat;”;

1.33.12. 190.4.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.4.6-cı maddə əlavə edilsin:

“190.4.6. mobil cihazların hər bir ədədinə – 20,0 manat.”;

1.33.13. 190.5-ci maddədə “neft məhsullarına, minik avtomobillərinə, avtobuslara, motosikletlərə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr” sözləri “bu Məcəllənin 190.1.6 – 190.1.10-cu və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üzrə” sözləri ilə əvəz edilsin;

1.34. 191.5-ci maddə ləğv edilsin;

1.35. 199-cu maddə üzrə:

1.35.1. 199.4-cü maddəyə “dəyərində” sözündən sonra “(bu Məcəllənin  199.4.4-cü maddəsində nəzərdə tutulmuş əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində)” sözləri əlavə edilsin;

1.35.2. 199.16-cı maddədə “7” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;

1.36. 207.7-ci maddədə “7” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;

1.37. 211.1.2-ci maddənin birinci və ikinci cümlələrində “0,02” rəqəmləri “0,07” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Bu maddə ilə müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.38. 216-cı maddə üzrə:

1.38.1. 216.1-ci maddə aşağıdakı redaksiyada verilsin;

“216.1. Yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir.”;

1.38.2. aşağıdakı məzmunda 216.1-1-ci maddə əlavə edilsin:

“216.1-1. Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən edilir.”;

1.39. 217.1-ci maddəyə birinci halda “çıxarılmış” sözündən sonra  “xam neftin hər tonuna, təbii qaz və kondensatların hər min kubmetrinə, bu Məcəllənin 216.1-1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış” sözləri əlavə edilsin;

1.40. aşağıdakı məzmunda 218.1-1-ci maddə əlavə edilsin:

“218.1-1. Bu Məcəllənin 218.1.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada     POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.”;

1.41. 218-1.1.7-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.42. 220.1-1-ci maddəyə “ilə” sözündən sonra “, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;

1.43. 221.4.7-ci maddə üzrə:

1.43.1. birinci abzasın birinci cümləsində “ciddi hesabat blankı olan” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada” sözləri ilə əvəz edilsin;

1.43.2. ikinci abzas ləğv edilsin;

1.43.3. üçüncü abzasın birinci cümləsinə “ödədikdən” sözündən sonra “və həmin ödənişlər haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əldə edildikdən” sözləri əlavə edilsin;

1.44. 221.4.9-cu maddə üzrə:

1.44.1. ikinci abzasın birinci cümləsində “orqan (qurum) tərəfindən” sözləri “orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada” sözləri ilə əvəz edilsin;

1.44.2. üçüncü abzasda “Xüsusi fərqlənmə nişanı”nı onu vermiş orqana geri qaytarmalıdır” sözləri “Xüsusi fərqlənmə nişanı”nın ləğv edilməsi üçün elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə müraciət etməlidir” sözləri ilə əvəz edilsin;

1.45. XIX fəsil üzrə:

1.45.1. adına “ərazilərdə” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında” sözləri əlavə edilsin;

1.45.2. 226-cı maddə üzrə:

1.45.2.1. 226.2-ci maddəyə “ərazilərdə” sözündən sonra “və ya mərkəzləşdirilmiş qaydada” sözləri əlavə edilsin;

1.45.2.2. aşağıdakı məzmunda 226.4-cü maddə əlavə edilsin:

“226.4. Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.”;

1.45.3. aşağıdakı məzmunda 227.2-1 – 227.2-3-cü maddələr əlavə edilsin:

“227.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.

227.2-2. İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.

227.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.”.

Maddə 2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106 (Cild I) 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182,   № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 10-cu maddənin ikinci hissəsinin beşinci və altıncı abzaslarında           “14.5.1-1.10-cu” sözləri “14.5.1-1.4-cü” sözləri ilə əvəz edilsin;

3.2. 14-cü maddə üzrə:

3.2.1. 14.4-cü,  14.5.1-ci və 14.5.1-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

“14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında;

14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:

14.5.1-1.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 8 faizi miqdarında;

14.5.1-1.2. çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

14.5.1-1.3. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;

14.5.1-1.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımaları – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.”;

3.2.2. 14.5.1-2-ci maddədə “və 14.5.7-ci maddələrində” sözləri “maddəsində” sözü ilə, “14.5.1-1.9-cu maddəsində göstərilənlər” sözləri “14.5.1-1.3-cü maddəsində göstərilən fiziki şəxslər” sözləri ilə əvəz edilsin və həmin maddədən “2026-cı il yanvarın 1-dək” sözləri çıxarılsın;

3.2.3. 14.5.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.5.5. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar – gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında;”;

3.2.4. 14.5.7-ci maddə ləğv edilsin;

3.2.5. 14.6-1-ci maddədə “14.5.1-1.9-cu və 14.5.1-1.11-ci” sözləri “14.5.1-1.3-cü” sözləri ilə, “14.5.1.1-10-cu” sözləri “14.5.1-1.4-cü” sözləri ilə əvəz edilsin və həmin maddədən “2026-cı il yanvarın 1-dək” sözləri çıxarılsın;

3.3. 14-1-ci maddə üzrə:

3.3.1. adına “ərazilərində” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasında” sözləri əlavə edilsin;

3.3.2. 14-1.1-ci maddənin birinci abzasında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən” sözləri “İşğaldan azad edilmiş ərazinin rezidenti olan” sözləri ilə, “haqqının aşağıdakı hissəsi” sözləri “haqqı aşağıdakı hissə və müddətlərdə” sözləri ilə əvəz edilsin;

3.3.3. aşağıdakı məzmunda 14-1.1-1-ci və 14-1.1-2-ci maddələr əlavə edilsin:

“14-1.1-1. Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:

14-1.1-1.1. 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 100 faizi miqdarında;

14-1.1-1.2. 2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – 80 faizi miqdarında;

14-1.1-1.3. 2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – 60 faizi miqdarında;

14-1.1-1.4. 2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – 40 faizi miqdarında.

14-1.1-2. Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sığortaedənlər tərəfindən bu Qanunun 14.5.1-ci və 14.5.1-1-ci maddələrinə əsasən ödənilən məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.”;

3.3.4. 14-1.2-ci maddədə “maddəsinə” sözü “, 14-1.1-1-ci və 14-1.1-2-ci maddələrinə” sözləri ilə əvəz edilsin;

3.3.5. 14-1.3-cü maddədə “14.5.1-1.9-cu və 14.5.1-1.11-ci” sözləri “14.5.1-1.3-cü” sözləri ilə, “14.5.1-1.10-cu” sözləri “14.5.1-1.4-cü” sözləri ilə və “30 (otuz) gün” sözləri “45 (qırx beş) iş günü” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399 (Cild I) 8-1.2.3-cü maddəsində “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569 (Cild I) 8-1.2.3-cü maddəsində “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332, 1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1.6-cı maddəyə “şəxs” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilsin;

6.2. 15-2-ci maddə üzrə:

6.2.1. aşağıdakı məzmunda 15-2.2.3-1-ci maddə əlavə edilsin:

“15-2.2.3-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;”;

6.2.2. 15-2.2.4-cü maddəyə “15-2.2.3-cü” sözlərindən sonra “və 15-2.2.3-1-ci” sözləri əlavə edilsin və həmin maddədə “sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər” sözləri “sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir” sözləri ilə əvəz edilsin;

6.3. 15-10-cu maddə üzrə:

6.3.1. 15-10.1.1-ci maddədə “15-2.1-ci” sözləri “15-2.2.4-cü” sözləri ilə, “90 manat” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə” sözləri ilə əvəz edilsin;

6.3.2. 15-10.1.2-ci maddəyə “muzdla” sözündən əvvəl “bu Qanunun 15-10.1.2-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

6.3.3. aşağıdakı məzmunda 15-10.1.2-1-ci maddə əlavə edilsin:

“15-10.1.2-1. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;”;

6.3.4. 15-10.1.5-ci maddədə “15-2.2.4-cü” sözləri “15-2.2.3-1-ci” sözləri ilə, “minimum aylıq əməkhaqqının 48 faizi” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə” sözləri ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

6.3.5.  15-10.1.6-cı və 15-10.1.7-ci maddələr ləğv edilsin;

6.3.6. aşağıdakı məzmunda 15-10.1-1-ci maddə əlavə edilsin:

“15-10.1-1. Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmır.”;

6.3.7. 15-10.2-ci  maddə ləğv edilsin;

6.4. 15-11-ci maddə üzrə:

6.4.1. 15-11.3-ci maddədə “maddəsində” sözü “və 15-10.1.2-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

6.4.2. 15-11.7-ci və 15-11.8-ci maddələr ləğv edilsin;

6.4.3. 15-11.10-cu və 15-11.12-ci maddələrdə “15-2.2.4-cü” sözləri “15-2.2.3-1-ci” sözləri ilə əvəz edilsin;

6.5. aşağıdakı məzmunda 15-21.1.3-1-ci maddə əlavə edilsin:

“15-21.1.3-1 siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə;”;

6.6. 16-2-ci maddə ləğv edilsin;

6.7. 16-4.4-cü maddədən “15-10.1.6-cı,” sözləri çıxarılsın.

Maddə 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433,         № 6, maddələr 521, 524, № 7, maddə 626) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.0.22-ci maddəyə “rüsumu” sözündən sonra “, aksiz” sözləri əlavə edilsin;

7.2. 33-5-ci maddə üzrə:

7.2.1. adına və 33-5.1-ci maddənin birinci abzasına “gömrük rüsumu” sözlərindən sonra “, aksiz” sözləri əlavə edilsin;

7.2.2. 33-5.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 33-5.1.4-cü maddə əlavə edilsin:

“33-5.1.4. Təqvim ili ərzində 1 (bir) ədəddən artıq istənilən mobil cihazın hər biri üçün – 100 manat.”.

7.2.3.  aşağıdakı məzmunda 33-5.4-cü maddə əlavə edilsin:

“33-5.4. Bu Qanunun 33-5.1.4-cü maddəsində nəzərdə tutulmuş halda bu Qanunun 33-5.1.1 – 33-5.1.3-cü maddələri tətbiq edilmir.”.

Maddə 8. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 54 (Cild I); 2024, № 4, maddə 365) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 6.1-ci maddənin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz edilsin;

8.2. 6.2-ci maddədən “icbari tibbi sığorta vəsaitləri,” sözləri çıxarılsın və həmin maddədə “qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506 (Cild I); 2025, № 2, maddə 96) 11-1.2.3-cü maddəsində “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 563 (Cild I) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.1. Talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdirilir.”;

10.2. 6.2-ci maddədən “icbari tibbi sığorta haqları,” sözləri çıxarılsın və həmin maddədə “qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432) 2.6-cı maddəsində “və dövlət icbari şəxsi” sözləri “, dövlət icbari şəxsi sığorta və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

Maddə 12.  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572 (Cild I); 2025, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

12.1. aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:

“1.3. Bu Qanun dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil edilmir.”;

12.2. 2-ci maddə üzrə:

12.2.1. 2.0.2-ci maddəyə üçüncü halda “icbari” sözündən əvvəl “bu Qanunun      2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində” sözləri əlavə edilsin;

12.2.2. 2.0.3-cü maddəyə “olunan –” sözündən sonra “barəsində bu Qanunun   2-1.1-ci maddəsində nəzərdə tutulan icbari sığorta fəaliyyəti həyata keçirilən və ya” sözləri əlavə edilsin və həmin maddədə “bağlanılan və” sözləri “bağlanılmaqla” sözü ilə əvəz edilsin;

12.2.3. 2.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“2.0.4. sığortalı – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən dövlət orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatları, habelə sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslər;”;

12.2.4. 2.0.5-ci maddəyə “sığortaçı –” sözündən sonra “bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə isə” sözləri, “almış” sözündən sonra “kommersiya təşkilatı olan” sözləri əlavə edilsin;

12.2.5. 2.0.6-cı maddədə “müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan)” sözləri “ödənişi verilməli olan” sözləri ilə əvəz edilsin;

12.2.6. 2.0.7-ci maddəyə “müqaviləsi –” sözündən sonra “bu Qanunun

2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

12.2.7. aşağıdakı məzmunda 2.0.8-1-ci maddə əlavə edilsin:

“2.0.8-1. büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;”;

12.2.8. 2.0.10-cu maddəyə “hadisə –” sözündən sonra “sığorta olunanın” sözləri əlavə edilsin və həmin maddədən “xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin” sözləri çıxarılsın;

12.2.9. 2.0.12-ci maddədə “icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində” sözləri  “istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində (bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində)” sözləri  ilə əvəz edilsin;

12.2.10. 2.0.14-cü maddəyə “haqqı –” sözündən sonra “bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada, habelə” sözləri əlavə edilsin;

12.2.11. 2.0.15-ci maddədə “icbari sığorta müqaviləsi üzrə sığortaçının” sözləri “sığortaçının bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq və ya icbari sığorta müqaviləsi ilə müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;

12.2.12. 2.0.17-ci maddədən “icbari sığorta müqaviləsi üzrə” sözləri çıxarılsın;

12.2.13. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.24-cü və 2.0.25-ci maddələr əlavə edilsin:

“2.0.24. sığorta vəsaiti – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar bu Qanunun 20-1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilən vəsait;

2.0.25. sığorta ehtiyatı fondu – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə həmin maddəyə uyğun olaraq ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu.”;

12.3. aşağıdakı məzmunda 2-1-ci maddə edilsin:

“Maddə 2-1. İcbari sığortanın aidiyyəti

2-1.1. Dövlət orqanlarında, bələdiyyələrdə,  dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar.

2-1.2. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun 2.0.5-ci maddəsində nəzərdə tutulmuş yerli hüquqi şəxslərdə icbari sığorta olunurlar.

2-1.3. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan normativ hüquqi aktlarda kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən sığortaçılara aid tənzimləmə və nəzarət tədbirləri bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçıya şamil edilmir.”;

12.4. 3-cü maddə üzrə:

12.4.1. 3.1-ci maddənin birinci abzasında “Aşağıdakı” sözü “Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, aşağıdakı” sözləri ilə əvəz edilsin;

12.4.2. 3.1.1-ci maddədən “, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla)” sözləri çıxarılsın;

12.4.3. 3.1.3-cü maddə ləğv edilsin;

12.4.4. 3.1.4-cü maddəyə “şagirdlər” sözündən sonra “, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər” sözləri əlavə edilsin;

12.4.5. 3.1.5-ci maddə ləğv edilsin;

12.5. 4-cü maddə üzrə:

12.5.1. 4.0-cı maddənin birinci abzasında “icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar” sözləri “sığortalı hesab edilir” sözləri ilə əvəz edilsin;

12.5.2. 4.0.1-ci maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 4.0.2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

12.5.3. 4.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.0.2. dövlət orqanları, bələdiyyələr,  dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları;”;

12.5.4. 4.0.4-cü maddə ləğv edilsin;

12.6. 6-cı maddə üzrə:

 12.6.1. 6.1.4-cü maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə” sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.6.2.  aşağıdakı məzmunda 6.1.4-1-ci maddə əlavə edilsin:

“6.1.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara   münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.”;

12.6.3. 6.2.4-cü maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə” sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.6.4.  aşağıdakı məzmunda 6.2.4-1-ci maddə əlavə edilsin:

“6.2.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara   münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”;

12.7. 7-ci maddə üzrə:

12.7.1. 7.1.6-cı maddədə ikinci halda “və” sözü “bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya” sözləri ilə əvəz edilsin;

12.7.2. 7.1.7-ci maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar münasibətdə” sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.7.3.  aşağıdakı məzmunda 7.1.7-1-ci maddə əlavə edilsin:

“7.1.7-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.”;

12.7.4. 7.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.2.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanları icbari sığorta etdirmək;”;

12.7.5. aşağıdakı məzmunda 7.2.1-1-ci maddə əlavə edilsin:

“7.2.1-1. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq;

12.7.6. 7.2.2-ci maddəyə “icbari” sözündən əvvəl “bu Qanunla və ya” sözləri əlavə edilsin;

12.7.7. aşağıdakı məzmunda 7.2.2-1-ci maddə əlavə edilsin:

“7.2.2-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanların uçotunu aparmaq və bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya bu barədə məlumat vermək;”;

12.7.8. 7.2.3-cü maddəyə “müddətində” sözündən sonra “, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;

12.7.9. 7.2.12-ci maddəyə “sığortaçıya” sözündən sonra “bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta olunanlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə, digər sığorta olunanlarla bağlı isə” sözləri əlavə edilsin;

12.7.10. 7.2.14-cü maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə” sözləri əlavə edilsin və həmin  maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.7.11. aşağıdakı məzmunda 7.2.14-1-ci maddə əlavə edilsin:

“7.2.14-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”;

12.7.12. 7.3-cü maddədə “sığorta müqaviləsi bağlanmalı” sözləri “icbari sığorta fəaliyyəti həyata keçirilməli” sözləri ilə əvəz edilsin;

12.8. 8-ci maddə üzrə:

12.8.1. 8.1.5-ci maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar barəsində” sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.8.2.  aşağıdakı məzmunda 8.1.5-1-ci maddə əlavə edilsin:

“8.1.5-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə münasibətdə) nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.”;

12.8.3. 8.2.1-ci maddəyə “sığortaçıya” sözündən sonra “, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar tərəfindən isə sığortalıya” sözləri əlavə edilsin;

12.8.4. 8.2.2-ci maddədən “icbari sığorta müqaviləsində və ya annuitet müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, habelə” sözləri çıxarılsın və həmin maddəyə “sığortaçıya” sözündən sonra “, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə isə sığortalıya” sözləri əlavə edilsin;

12.8.5. 8.2.4-cü maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar barəsində” sözləri əlavə edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

12.8.6. aşağıdakı məzmunda 8.2.4-1-ci maddə əlavə edilsin:

“8.2.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə münasibətdə) nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”;

12.9. 9-cu maddə üzrə:

12.9.1. aşağıdakı məzmunda 9.1.1-1-ci maddə əlavə edilsin:

“9.1.1-1. sığortalıdan bu Qanunun 7.2.2-1-ci maddəsinə uyğun olaraq sığorta olunanlar barəsində məlumatlar almaq;”;

12.9.2. 9.1.4-cü maddəyə “orqanlarına” sözündən sonra “(qurumlarına), sığortalılara” sözləri əlavə edilsin;

12.9.3. aşağıdakı məzmunda 9.1.4-1-ci maddə əlavə edilsin:

“9.1.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığortalılar tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;”;

12.9.4. 9.1.5-ci maddəyə “etmək” sözündən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

12.9.5. 9.1.8-ci maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə” sözləri əlavə edilsin;

12.9.6. aşağıdakı məzmunda 9.2.2-1 – 9.2.2-3-cü maddələr əlavə edilsin:

“9.2.2-1. sığortalıya və sığorta olunana icbari sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

9.2.2-2. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığorta olunanların uçotunu aparmaq;

9.2.2-3. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan icbari sığorta üzrə fəaliyyətə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;”;

12.9.7. 9.2.3-cü maddəyə “səbəbləri” sözündən sonra “, eləcə də qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və məhkəmədə mübahisələndirmək hüququnun olması” sözləri əlavə edilsin;

12.9.8. 9.2.4-cü maddəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə” sözləri əlavə edilsin;

12.9.9. 9.3-cü maddəyə “üçün” sözündən sonra “bu Qanunun 2-1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə” sözləri əlavə edilsin;

12.10. aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

“Maddə 9-1. Sığorta olunanların və sığortalıların uçotu qaydası

Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

  12.11. 10.1.1-ci maddədə “xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə” sözləri “sığorta olunanla” sözləri ilə əvəz edilsin;

12.12. 14-cü maddə üzrə:

12.12.1. 14.1-ci maddədə “xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin” sözləri “sığorta olunanların” sözləri ilə əvəz edilsin;

12.12.2. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.2. Sığorta haqqı sığortalı tərəfindən bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə hər il büdcə ilinin əvvəlində, lakin mart ayının 31-dən gec olmayaraq birdəfəlik, digər sığorta olunanlara münasibətdə isə müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.”;

12.12.3. 14.3-cü maddədə “İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət” sözləri “Büdcə ili və ya müqavilə ili” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müvafiq” sözündən sonra “büdcə və ya” sözləri əlavə edilsin;

12.12.4. 14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.4. Bu Qanunun məqsədləri üçün sığorta məbləğinin müəyyənləşdirilməsi qaydası icbari sığorta müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

12.13. 16-cı maddə üzrə:

12.13.1. 16.1-ci maddədə “Qanuna uyğun olaraq” sözləri “Qanunun 16.4-1-ci maddəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;

12.13.2. aşağıdakı məzmunda 16.4-1-ci maddə əlavə edilsin:

“16.4-1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;

12.13.3. 16.5-ci maddədə “Sığortaçı” sözü “Bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığortaçı” sözləri ilə əvəz edilsin;

12.14. 17.4-cü maddədə “17.7-ci maddəsində müəyyən edilmiş hal” sözləri “16.4-1-ci və 17.7-ci maddələri ilə müəyyən edilmiş hallar” sözləri ilə əvəz edilsin;

12.15. 18-ci maddənin adına “Sığorta” sözündən sonra “müqaviləsi üzrə sığorta” sözləri əlavə edilsin;

12.16. aşağıdakı məzmunda 20.0.2-1-ci, 20.0.2-2-ci, 20-1-ci və 20-2-ci maddələr əlavə edilsin:

“20.0.2-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

20.0.2-2. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);”;

“Maddə 20-1. Sığorta vəsaitləri

20-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

20-1.1.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqları;

20-1.1.2. sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

20-1.1.3. qanunda nəzərdə tutulan digər mənbələr.

20-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

20-1.2.1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara sığorta ödənişlərinin verilməsinə;

20-1.2.2. əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara;

20-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

20-1.2.4. sığorta ehtiyatı fondunun yaradılmasına;

20-1.2.5. idarəetmə xərclərinə;

20-1.2.6. qanunla müəyyən edilən digər istiqamətlərə.

20-1.3. Əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 10 faizi miqdarında müəyyən edilir.

20-1.4. İdarəetmə xərcləri bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclər smetasına uyğun olaraq həyata keçirilir.

20-1.5. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

20-1.6. Sığorta ehtiyatı fondu sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda sığorta ehtiyatı fondunun artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara yönəldilir.

20-1.7. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı fondunun hesabına maliyyələşdirilir.

20-1.8. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 20-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortalılar tərəfindən bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.”;

12.17. 21.1-ci maddədə “Sığortaçıların” sözü “Bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçının icbari sığorta üzrə fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan icbari sığortanı həyata keçirən sığortaçıların” sözləri ilə əvəz edilsin.

Maddə 13. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2012, № 4, maddə 272 (Cild I) 5-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

13.1. 5.1-ci maddənin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz edilsin;

13.2. 5.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri çıxarılsın və həmin maddədə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.

Maddə 14. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2013, № 4, maddə 360 (Cild I) 10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

14.1. 10.1-ci maddənin birinci cümləsində “dövlət büdcəsinin vəsaiti” sözləri “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz edilsin;

14.2. 10.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri çıxarılsın və həmin maddədə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.

Maddə 15. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I), 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 11.2-ci maddənin üçüncü cümləsində “ən geci 24 saat” sözləri “1 (bir) iş günü” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

 “Əlavə araşdırma tələb olunduğu halda bəyannaməçiyə bu barədə bildiriş təqdim edilməklə göstərilən müddət 1 (bir) iş günü müddətinə uzadılır.”;

15.2. 20-ci maddə üzrə:

15.2.1. 20.0.18-ci və 20.0.19-cu maddələrə “əsasında” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;

15.2.2. aşağıdakı məzmunda 20.0.28-1-ci maddə əlavə edilsin:

 “20.0.28-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı;”;

15.2.3. 20.0.29-cu maddə aşağıdakı redaksiyada verilsin:

“20.0.29. aşağıda göstərilən hallarda və müddətlərdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı:

20.0.29.1. dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

20.0.29.2. dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə;”;

15.2.4. 20.0.31-ci maddəyə “avtobusların” sözündən sonra “və yük avtomobillərinin” sözləri əlavə edilsin və həmin maddədə “2025-ci il yanvarın 1-dən 8” sözləri “avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7” sözləri ilə əvəz edilsin;

15.2.5. 20.0.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.32 – 20.0.34-cü maddələr əlavə edilsin:

 “20.0.32. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə;

20.0.33. investisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə;

20.0.34. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə.”.

Maddə 16. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I); 2024, № 12 (II kitab), maddə 1347; 2025, № 1, maddə 6,  № 5, maddə 440, № 8, maddə 743) 3.5.5-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5.6-cı maddə əlavə edilsin:

“3.5.6. tullantı yağlarının qəbulu.”.

Maddə 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322) 30.1-ci maddəsində “büdcəsi” sözü “büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr” sözləri ilə əvəz edilsin.

Maddə 18.  Keçid müddəalar

18.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-1-ci və 218.1-1-ci maddələrinin müddəaları 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunur.

18.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin 2027-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyası Naxçıvan Muxtar Respublikasında minik avtomobillərinin istehsalını həyata keçirən vergi ödəyicilərinə münasibətdə  2030-cu il yanvarın 1-dək tətbiq edilir.

  18.3. Sığorta hadisəsi hesab edilə bilən hal bu Qanunun qüvvəyə mindiyi tarixdən sonra baş verdikdə, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsi və bu Qanunun 18.4-cü maddəsi nəzərə alınmaqla sığorta haqqının ödənildiyi sığortaçı tərəfindən ödənilir.

 18.4. Bu Qanunun müddəaları bu Qanun qüvvəyə mindiyi tarixədək bağlanmış  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinə və həmin müqavilələr üzrə  sığorta olunmuş şəxslərə münasibətdə müqavilə ili bitənədək tətbiq edilmir.

Maddə 19. Bu Qanunun qüvvəyə minməsi

19.1. Bu Qanunun 1.26.2-ci, 1.26.3-cü, 1.26.6-cı və 1.26.7-ci maddələri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.15-ci, 164.1.16-cı, 164.1.32-ci və 164.1.33-cü maddələrində nəzərdə tutulan müvafiq siyahılarla eyni gündə qüvvəyə minir.

19.2. Bu Qanunun 1.26.4-cü maddəsi 2026-cı il mayın 1-dən qüvvəyə minir.

19.3. Bu Qanunun 1.26.9-cu maddəsi (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinə münasibətdə) 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

19.4. Bu Qanunun 1.45.2.1-ci maddəsi 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

19.5 Bu Qanunun 15.2.1-ci maddəsi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.18-ci və 20.0.19-cu maddələrində nəzərdə tutulan müvafiq siyahılarla eyni gündə qüvvəyə minir.

19.6. Bu Qanunun 19.1 – 19.5-ci maddələri nəzərə alınmaqla, bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.