Bu elektron xidmət vətəndaşların vergi orqanlarında qəbula yazılması üçün müraciətini əhatə edir.
Xidmət vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarında vətəndaşların qəbulunun təşkili və elektron xidmətlərin göstərilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Vətəndaşlar Dövlət Vergi Xidmətinin müvafiq elektron xidməti (www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet ) vasitəsilə qəbula yazılmaq üçün müraciət edə bilərlər. Müraciət zamanı sistem tərəfindən tələb olunan şəxsi məlumatlar və qəbulun təşkili üçün digər zəruri məlumatlar təqdim edilir.
Təqdim olunmalı sənədlərin siyahısı və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.
Əlavə məlumat üçün: https://xidmet.info/vahid-standartlar/vgxvs/211
Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe
Mənbə: vergiler.az
