Video: “ƏDV-li alış və satış əməliyyatlarının müxabirləşməsi”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “ƏDV-li alış və satış əməliyyatlarının müxabirləşməsi” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 8 Dekabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi sekkizinci ödənişsiz vebinar idi. 

Vebinarın təqdimatçısı Şahin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

Biznes hesabi

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatların sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə: