Video: “Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi bəyannaməsi“Azərbaycan Mühasiblər Məktəbi”nin “Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

07 Yanvar tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi ilk ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.

Biznes hesabi

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/