Video: “ƏDV bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0
birbank biznes

ƏDV bəyannaməsinin hazırlanması,“Azərbaycan Mühasiblər Məktəbi”nin “ƏDV bəyannaməsinin hazırlanması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

30.11.2022 tarixində təşkil edilən, 400-ə yaxın mühasibin iştirak etdiyi vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2022-ci il ərzində təşkil etdiyi 5-ci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı, mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malik Kəmalə Rzayevadır.

O, İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/



Print Friendly, PDF & Email