
Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı???
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin yalnız sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda tətbiq edilir.
Bax: Vergi Məcəlləsinin 58.8-ci maddəsi
Mənbə: taxes.gov.az