Azərbaycan vətəndaşı olan və Azərbaycanda daimi yaşayan investor süni intellekt sahəsində fəaliyyət göstərən xarici şirkətin səhmlərinə sahibdir. Şirkətin 2026-cı ilin I yarımilliyi üzrə fəaliyyət yekunlarına əsasən formalaşmış bölüşdürülməmiş mənfəətinin 2026-cı ilin iyul ayında səhmdarlar arasında bölüşdürülməsi barədə qərar qəbul edilib və bu qərara əsasən, rezident investora 4.000 ABŞ dolları (6.800 manat ekvivalentində) məbləğində dividend ödənilir. Bu dividend gəliri üzrə həmin investor vergiyə necə cəlb olunmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.2-ci maddəsinin 2026-ci il yanvarın 1-dək olan redaksiyasına əsasən, qeyri-rezident şirkətdən əldə edilən dividend gəlirləri 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu. 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 101.2-ci maddəsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxslərin qeyri-rezident şirkətdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilib. Buna uyğun olaraq, qeyri-rezident şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən 5 faiz dərəcəsi ilə gəlir vergisi hesablayaraq növbəti ilin (sorğuda göstərilən halda 2027-ci ilin) mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 101.2-ci və 149.2-ci maddələri
Mənbə: vergiler.az
