Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 452) ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:
“17-1. Sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılır.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Mənbə: nk.gov.az