Xidməti müqavilələrdən sui-istifadənin qarşısı alınır

birbank biznes

AksizAzərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən, mülki-hüquqi xidmət müqavilələrinin vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslər üzrə bağlanılması mümkündür.

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2019-cu il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində həmin Məcəllənin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tərəfindən gəlir vergisi ödəyicisi kimi əldə edilən gəlirlərlə xərclər arasındakı fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb bəyan edilməklə dövlət büdcəsinə ödənilir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, əgər vergi ödəyicisi əmək müqaviləsini xidməti müqavilə altında pərdələyibsə, vergi orqanları bu xidməti müqavilələri əmək müqaviləsinə çevirməyə çalışacaqlar: “Bir çox xidməti müqavilələr faktiki olaraq əmək münasibətlərinin pərdələnməsi statusundadır.


Azərbaycanda 24 yerli və 1 xarici şirkət ləğv olundu

Fiziki şəxs fərdi sahibkardırsa, o, hüquqi şəxsə xidmət göstərmək üçün mütləq qaydada gəlir vergisi rejiminə keçməlidir

Əgər xidməti müqavilə əmək müqaviləsinə çevriləcəksə, bu rejimdə olacaq: əmək müqaviləsi qeyri-neft sektorunun özəl bölməsində bağlanırsa, əməkhaqqı 200 manatadək olduqda işəgötürən tərəfindən 3 faiz, işçi tərəfindən 22 faiz, 200 manatdan yuxarı olduqda isə işçi tərəfindən 10 faiz, işəgötürən tərəfindən isə 15 faiz sosial sığorta haqları ödənilir. 8.000 manata qədər isə gəlir vergisinin dərəcəsi 0-dır. 1 faiz nəzərdə tutulmuş işsizlikdən sığorta hər bir halda əməkhaqqının məbləğindən asılı olmayaraq həm işçi, həm də işəgötürən üzrə 0,5 faizlə müəyyən edilib.

Əgər VÖEN-i olan şəxs xidmət müqaviləsi ilə hüquqi şəxsə xidmət göstərirdisə, 2019-cu ilin yanvarın 1-dən onlar belə xidməti müqavilələrlə sadələşdirilmiş vergi ödəyiciləri kimi xidmət göstərə bilməzlər.

Fiziki şəxs fərdi sahibkardırsa, o, hüquqi şəxsə xidmət göstərmək üçün mütləq qaydada gəlir vergisi rejiminə keçməlidir. Gəlir vergisi rejiminə keçdikdə isə əgər 1.000 manat gəliri varsa, xərci yoxdursa, 1.000 manatdan 20 faiz, yəni 200 manat gəlir vegisi hesablanılır və həmin məbləğin 75 faizini dövlət sahibkara güzəştə gedir. Beləliklə, sahibkar aylıq gəlirinin 25 faizi həcmində, yəni 50 manat gəlir vergisi ödəyir”.


Əsas vəsaitlərin vergi uçotunun mühasibat uçotu ilə uzlaşdırılması

N.Şirinov qeyd edib ki, VÖEN əldə etmiş fərdi sahibkar gəlir vergisini ödəməklə yanaşı, minimum əməkhaqqının 20 faizi (01 yanvar 2020-ci ildən – 25 faizi) qədər sosial sığorta ödənişlərini ödəməli olacaq.

İqtisadçı ekspert Anar Bayramov hesab edir ki, xidmət müqaviləsi üzrə yeni dəyişikliklər bu sahədə çalışanları gəlir və xərclərinin uçotunu dəqiq və düzgün həyata keçirməyə vadar edəcək. 1 yanvar 2019-cu ilə qədər xidmət sektorunda çalışanlar ümumi dövriyyənin 4 faizi qədər sadələşdirilmiş vergi ödəyirdilərsə, Vergi Məcəlləsindəki dəyişiklik imkan verir ki, onlar öz uçotlarını düzgün aparmaqla daha az vergi ödəsinlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email