Avtomobillə sərnişin və yük daşımalarda tətbiq edilən nişanlar

posted in: Xəbər | 0
birbank biznes

Fərqlənmə nişanı nədir?

Hüquqi və fiziki şəxslər müştərilərin sifarişi əsasında şəxsi yaxud istifadəsinə verilmiş avtomobillə sərnişin və yükdaşıma xidməti göstərə bilər. Bundan əlavə belə fəaliyyət istehsal fəaliyyətini həyata keçirməsi, habelə, sadəcə öz ehtiyaclarını qarşılamaq məqsədilə ola bilər. Sərnişin və yüklərin atomobillə daşınması zamanı sadələşdirilmiş verginin hesablanması, habelə bu fəaliyyət üçün nişanların verilməsi Vergi Məcəlləsinin 221. 4-cü maddəsi ilə tənzimlənir.

2006-cı ildən etibarən iki növ nişan qəbul edilmişdir.

Bakıda sərnişin və yük daşıma xidmətləri üçün fərqlənmə nişanı

Vergi Məcəlləsinin 221.7 və 214.9 maddələrində şərh edilən bu nişanların formaları qanunvericilikdə müəyyən edilir və özündə bunları əks etdirir:

  • hüquqi şəxslərdə – tam adı, fiziki şəxs üçün – ad, ata adı, soyad;
  • VÖEN;
  • nişanın qüvvədə olacağı müddət;
  • avtomobilin markası, qeydiyyatı nişanı;
  • avtomobildə oturacaqların sayı yaxud yükgötürmə qabiliyyəti;
  • daşımanın keçiriləcəyi yer;
  • ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləği.

Fərqlənmə nişanı necə alınır?

“Fərqlənmə nişanı” sərnişin, yük daşınmasında istifadə edilən hər bir avtomobil üçün 2 iş günü ərzində alınır. Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən istifadəyə verilmiş elektron xidmət nişanın alınması prosesini 40 dəqiqə ərzində yekunlaşdırmağa imkan verir. Bu prosedur haqqında burada ətraflı yazılıb.

Vergi ödəyiciləri öz istəyindən asılı olaraq onu aylıq, rüblük, yarımillik, illik ala bilər. “Fərqlənmə nişanı” almaq üçün vergi, MDSS məbləği, İTS ödənmiş olmalıdır. Banka ödəniş sənədində avtomobilin nömrəsi, dövlət qeydiyyat nişanının seriyası dəqiq göstərilir. “Fərqlənmə nişanı” sizin fiziki-hüquqi şəxs olmağınızdan asılı olmayaraq verilə bilər.

“Fərqlənmə nişanı” almadan sərnişin yaxud yük daşınması (avtomobil nəqliyyat vasitəsi ilə) qanun pozuntusudur. Aşkar olunanda da Vergi Məcəlləsində maddə 58.2-də qeyd olunduğu kimi 40 azn məbləğində maliyyə sanksiyası ödəməli olacaqsınız. Qanunvericiliyin icrasına nəzarət aşağıda qeyd olunan qurumların vəzifəsidir:

Bakıda fərqlənmə nişanları alınmadan yükdaşımaya görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıdakı qurumlar tərəfindən nişansız şəxslər müəyyən edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün vergi orqanlarına məlumat ötürülür.

Təcrübədə yaranan suallardan birinə nəzər yetirək:

Sual: 1. Həsənov Kamran adlı şəxs yeni avtonəqliyyat vasitəsi alıb. Həmin nəqliyyatın əvvəlki  sahibi tələb olunan vergilərin hamısını bir neçə aylıq ödəyib. Bu halda Kamran  “Fərqlənmə nişanı”-nı təzədən rəsmiləşdirməlidir?

Cavab: Xeyr. Avtomobilin bir öncəki sahibinin ödəmiş olduğu bütün vergilər ödəmiş olduğu müddət aralığında avtomobilin yeni sahibinə görə də ödənmiş sayılır. “Fərqlənmə nişanı”-nın təzədən rəsmiləşdirilməsinə ehtiyac qalmır.

Bəs “Xüsusi fərqlənmə nişanı” nədir? İstehsal fəaliyyətini həyata keçirmək üçün özünəməxsus işçilərin, habelə yüklərin daşınmasında istifadə edilən maşınlara görə xüsusi fərqlənmə nişanı almalıdır. Bu avtomobil nəqliyyatı vergi ödəyənin mülkiyyətində olmalıdır. Nəzər almaq lazımdır ki, bu avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və həmin nişanlar üçün haqq ödənmir. Müraciət 5 iş günü ərzində təmin edilir.

Beləliklə, Vergi Məcəlləsinə görə “Xüsusi fərqlənmə nişanı”-nın alınması üçün nəqliyyat vasitəsi istifadəçinin mülkiyyətində olmalıdır.  Ancaq, bəzən vergi ödəyiciləri, öz fəaliyyətləri zamanı mülkiyyətində olmayan avtonəqliyyatlarla sərnişin və yük daşıyırlar. Bu zaman “Fərqlənmə nişanı”-nın olması zəruridir. Bu da sahibkar üçün müəyyən problemlər yaradır. Hesab edirik, gələcəkdə məcəllənin bu maddəsinə dəyişiklik edilsə, çox gözəl olar.

“Xüsusi fərqlənmə nişanı” almış ödəyici maşını satarsa, yaxud icarəyə verərsə, habelə istehsal fəaliyyətindən kənar, şəxsi məqsədlər üçün istifadə etməyə başlayarsa həmin nişanı geri qaytarmalıdır.


Print Friendly, PDF & Email