Yaddaşımızla bağlı 3-cü fakt – Əsnəmək beynin qüvvəsini səfərbər edir

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Baxmayaraq ki, biz əsnəməni adətən daha çox yuxululuq və ya usandırıcılıqla əlaqələndiririk, əslində bu bizi oyatmaq və beynimizi sıxmağa bərabər bir vasitədir. Əsnəmə zamanı boğaz və qırtlaq genişlənir, buna müvafiq olaraq ağciyərlər vasitəsilə qana çoxlu miqdarda oksigen daxil olur ki, bu da orqanizmi daha işlək vəziyyətə gətirir. Yeri gəlmişkən əksər onurğalılar, məməlilər və ola bilsin ki, hətta quşlar belə əsnəmədən istifadə edə bilirlər. Hətta 12-14 həftəlik hamiləlik dövründə olan insan dölü də bu qabiliyyəti artıq nümayiş etdirə bilir.

Əsnəməni sizin bədəninizin səfərbərliyə çağırışı kimi qəbul edin və bu zaman onun insanlar üçün necə “keçici” olduğunu dərk edə bilərsiniz. Hər bir müəllim və tələbəyə  yaxşı məlumdur ki, auditoriyada oturan və usandırıcı mühitdən bezikən tələbələrdən biri əsnəməyə başlayan kimi, bu, zəncirvari reaksiya doğurur. Mümkündür ki, bu bir növ diqqətin gücləndirilməsindən ötrü məlumatın ötürülməsi qabiliyyətidir. Yeri gəlmişkən, heyvanlarda əsnəmə “keçici” xarakter daşımır, amma əsnəmələri duymaq qabiliyyəti çox ümumidir: Məsələn, itlər stressli situasiyalarda əsnəyirlər, tədqiqatçılar belə fərz edirlər ki, onlar bunu digər itləri sakitdləşdirməkdən ötrü edirlər. Hətta özünüz də əsnəməklə itinizi sakitləşdirməyi sınaqdan keçirə bilərsiniz.

Yaddaşımızla bağlı əvvəlki faktla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Digər məqalələrimizi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email