Yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi öhdəliyi necə tənzimlənir?

posted in: Xəbər | 0
birbank biznes

elektron qaimə-faktura təqdimi,Vergi ödəyicisi olan şəxs özünə məxsus evini hüquqi şəxsə satırsa, elektron qaimə-faktura təqdim etməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsində göstərilir ki, malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.

Sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 218-ci maddələri.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email