Yeni və boşalan iş yeri barədə məlumatların işlənməsi Qaydası və forması təsdiq olunub

posted in: Xəbər | 0
birbank biznes

gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əmək“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                             Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 16 sentyabr
tarixli 411 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (bundan sonra – Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra – MAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər.

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər.

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir.

2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.

“Yeni iş yeri və ya boşalan iş yeri barədə
məlumatların elektron informasiya sisteminə
daxil edilməsi Qaydası və Forması”na
Əlavə

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron
informasiya sisteminə daxil edilməsi forması

1 2 3
1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
2. işəgötürənin adı*
3. təşkilati hüquqi forması*
4. mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*
5. iqtisadi fəaliyyət növü **
6. ünvanı (şəhər/rayon, küçə) *
7. elektron poçt ünvanı (olduğu halda)
8. telefonu
9. yeni iş yeri və ya boşalan iş yerinin sayı
10. yeni iş yeri və ya boşalan iş yeri, vəzifə (peşə)
11. yeni iş yeri və ya boşalan iş yerinin faktiki yaradıldığı ünvan
12. əmək müqaviləsinin müddəti:

–  müddətli;

–  müddətsiz

13. əmək stajı tələbi
14. iş vaxtının növləri:

–  tam iş vaxtı;

–  natamam iş vaxtı;

–  qısaldılmış iş vaxtı

15. əməkhaqqının məbləği (manat)
16. tələb olunan təhsil səviyyəsi:

–  ümumi orta təhsil;

–  tam orta təhsil;

–  peşə təhsili;

–  orta-ixtisas təhsili;

–  ali təhsil:

–  bakalavriat;

–  magistratura;

–  doktorantura;

–  tələb olunmur

17. tələb olunan peşə (ixtisas)
18. iş yeri üzrə əmək funksiyası
19. ixtisas üzrə zəruri bilik, bacarıq və səriştələr
20. digər bilik, bacarıq və səriştələr
21. vəzifənin (peşənin) tutulma şərtləri:

–  müsabiqə əsasında;

–  müsahibə əsasında;

–  yoxdur

22. yeni iş yeri və ya boşalan iş yerinə cəlb edilmiş şəxslərin sayı

 

* MEİS-dən əldə edilən məlumatlar

Qeyd. ** İqtisadi fəaliyyət növləri üzrə bölgü:

A kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq
B mədənçıxarma sənayesi
C emal sənayesi
D elektrik enerjisi qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
E su təchizatı çirkli suların və tullantıların təmizlənməsi
F tikinti
G topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri
H nəqliyyat və anbar təsərrüfatı
I yaşayışın təşkili və ictimai iaşə
J informasiya və rabitə
K maliyyə və sığorta fəaliyyəti
L daşınmaz əmlakla əlaqədar əməliyyatlar
M peşə elmi və texniki fəaliyyət
N inzibati və yardımçı xidmətlərin göstərilməsi
O dövlət idarəetməsi və müdafiə; sosial təminat
P təhsil
Q əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
R istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
S digər sahələrdə xidmətlərin göstərilməsi
T ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət
U toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti