Nizamnamə kapitalı 15 milyon manat olan həyat sığortası şirkəti yaradılıb

posted in: Xəbər | 0
birbank biznes

həyat sığortasıNizamnamə kapitalı 15 milyon manat olan həyat sığortası şirkəti yaradılıb


Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. “Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 15 milyon manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.

Bax: Vergilər Nazirliyi: Sosial qanunvericiliyə edilən dəyişikliklərin mahiyyəti
Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email