fbpx

Zəmanət tutulmaları zamanı ƏDV necə nəzərə alınmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

işsizlikdən sığorta haqqıSual: Vergi ödəyicisi (ƏDV ödəyicisi olan) ilə işin, xidmətin alıcısı (ƏDV ödəyicisi olan) arasında Görüləcək iş və xidmətlərə görə müqavilə şərtlərinə əsasən ödəniş üzrə 5% zəmanət tutulma razılaşdırılmışdır. Buna əsasən Vergi ödəyicisi tərəfindən Görülmüş iş və xidmətlər alıcısına faktiki görülmüş işin, xidmət yerinə yetirildikdən sonra 100% dəyəri Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən elektron qaimə-faktura və 176.3-cü maddəyə əsasən 5 gün ərzində elektron vergi hesab-fakturasını təqdim edir. Lakin müqavilə üzrə razılaşmaya əsasən qəbul olunan Ödəniş 5% tutulma nəzərdə tutulduğundan 95% üzrə ödəniş nağdsız qaydada bank və ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilir. EDV

Yuxarıda qeyd edilənlərə əsasən Əgər elektron qaimə-faktura təqdim edilib və 5 gün ərzində Elektron Vergi Hesab Fakturası göndərilibsə ödəmə 30 gün ərzində həyata keçərsə yəni 95% -lik ödəniş ödəmə 95% olsa da razılaşmaya əsasən tam ödənilmişdir və 5% lik hissə sonda ödəniləcəkdir.

Buna əsasən Vergi Məcəlləsinin 166.1-ci maddəsi üzrə Ödəmə tarixini əsas götürərək ödəmənin həyata keçirildiyi vaxtda 100%-ni bəyan edilməlidirmi? Yoxsa ödəmə tam ödənilmədiyi üçün (əslində müqavilə şərtinə əsasən tam ödənilmişdir) ödəmə 30 gündən sonra həyata keçirildiyini əsas götürüb ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt bəyan edilməlidirmi? Yoxsa ödəmənin 95% hissəsinin ödəmənin həyata keçirildiyi vaxtda 5% lik hissəsinin isə ödəmə 30 gündən sonra həyata keçirildiyi üçün əsas götürüb ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt bəyan edilməlidirmi? Xahiş edirəm izahlı şəkildə şərh edəsiniz.

Cavab: Bildiririk ki, mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra 5 gündən gec olmayaraq malları (işləri, xidmətləri) alan şəxsə tərəflər arasında bağlanılmış müqaviləyə görə müəyyən olunan məbləğə uyğun elektron vergi hesab-fakturası təqdim edilməlidir. Təqdim ediləcək malların (işlərin, xidmətlərin) dəyəri avans olaraq alındıqdan sonrakı 5 gün ərzində elektron vergi hesab-faktura təqdim edilmədikdə Əlavə Dəyər Vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) üçün ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu zaman malların (işlərin, xidmətlərin) dəyəri üçün avans olaraq alınmış məbləğ ödənişin həyata keçirildiyi hesabat dövrünün bəyannaməsində əks etdirilməklə hesablanmış ƏDV məbləği dövlət büdcəsinə ödənilir. Xidmətlər tam yerinə yetirildiyi halda alınmış avans məbləği çıxılmaqla qalan məbləğ ƏDV-yə cəlb edilən əməliyyatın dəyəri kimi vergi bəyannaməsində əks olunur.

Əsas: Vergi Məcəlləsinin 166.2-ci176.3-cü maddələri.

Mənbə: taxes.gov.az



ƏDV EDV
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!