Vergi Məcəlləsinin 102.8-ci maddəsinin vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştləriVergi Məcəlləsinin 102.8-ci maddəsinin vergi güzəştləri


Sual: Mən I qrup əliləm.  Muzdlu işdən əldə etdiyim gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?

Cavab: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bax: İmtiyazlı vətəndaşlar üçün vergi güzəştləri

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı»nın  1.9-cu bəndində qeyd edilmişdir ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Bax: Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq

Qeyd olunanlara əsasən:

I qrup əlilliyi olan şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirləri 200 manat məbləğində azaldılır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email