Birinci rübdə 18,3 milyard manatlıq ÜDM istehsal edilib

posted in: Xəbər | 0
birbank biznes

orta əmək haqqı, statistika hesabatlarının vaxtı, hesabatlar, statistika, əmək haqqı fondu, Statistika hesabatları, Aksiz vergisi üzrə daxilolmalar, DSK, statistika əmək haqqı, Statistika Komitəsi,Yanvar-mart aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 40,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 19,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1840,2 manata bərabər olub.

Mənbə: vergiler.az


Bax: Bu il özəl sektorda əmək müqavilələrinin sayında olan artım məlum olub


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email