Ən böyük əmlak agentliklərindən biri Böyük Britaniya kraliçası II Elizabet ilə əlaqələndirilir. Sahibinin tam adı müəyyənləşdirilməyən “The Crown Estate” şirkətindən söhbət gedir, bu haqda mütəxəssislərə istinadən “Deutsche Welle” nəşri xəbər verib.
Mütəxəssislərin məlumatına görə, II Elizabet böyük sərvətə malikdir: Qeyd edək ki, “The Crown Estate” aktivlərinin məbləği 17 milyard dollardan çoxdur.
“The Crown Estate” bir sıra mülklərə yalnız Londonda deyil malik deyil, həm də bütün ölkə üzrə daşınmaz əmlaka sahibdir. Bunlar həm qəsrlər, həm kotteclər, həm meşələrlə birlikdə kənd təsərrüfatı torpaqları, həm də ticarət mərkəzləridir. Böyük Britaniyanın bütün sahilyanı ərazilərinin yarıdan çoxu bu şirkətə məxsusdur ki, bu da ona offşor kommersiya fəaliyyəti ilə bağlı – məsələn, külək elektrik stansiyaları – mülkiyyət hüququ verir.
Bununla bərabər “The Crown Estate” öz qazancını hər il Britaniya hökumətinə verir. Şirkətdən “millətin dayanıqlı və ümumi rifahını təmin etməyə” çalışdıqları vurğulanıb. Lakin kral ailəsinin hər il maliyyələşdirilməsi üçün istifadə olunan suveren qrantın bir hissəsi kimi gəlirin 25 faizi kraliça və kraliça ailəsinə verilir ki, nəşrin versiyasına görə, bu da II Elizabetin “The Crown Estate” şirkəti ilə birbaşa əlaqəli olduğunu sübut edir.