2021-ci il üçün Əmək Haqqı Cədvəli
Bildiyimiz kimi, 2021-ci il 1 yanvar tarixindən əməkhaqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2021-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2021-ci ildə 1 faizi, 2022-ci ildən etibarən isə 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;
Bütün bunlar özlüyündə əməkhaqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əməkhaqqısı olan işçisinin 2020 və 2021-ci il üçün əməkhaqqıdan tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2020 | 2021 | |
Əməkhaqqı məbləği | 500 | 500 |
Gəlir vergisi (işçi tərəfindən) | 0 | 0 |
Pensiya Fondu (işçi tərəfindən) | 36 | 36 |
Pensiya Fondu (işəgötürən tərəfindən) | 89 | 89 |
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) | 2,5 | 2,5 |
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 2,5 | 2,5 |
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) | 0 | 5 |
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 0 | 5 |
İşçinin aldığı net əməkhaqqı | 461,5 | 456,5 |
2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əməkhaqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiz.
7 Responses
Kemale
Əmək haqqı cədvəlini yükləmək isterdim. Amma yüklənmir. Xahiş edirəm köməklik göstərəsiniz.
Muhasibat.Az
Salam, zəhmət olmazsa, bu keçidə daxil olaraq yükləyin.
https://audit.az/2021-ci-il-emek-haqqi-cedveli/
nezaket
yuklenen excel cedvelleri acilmir xahis edirem nezer yetirin
AYNUR
SALAM. CƏDVƏLİ YUKLƏMƏK MÜMKÜN OLMUR. ZƏHMƏT OLMASA KOMƏK EDİN
Muhasibat.Az
Salam, zəhmət olmazsa, qeyd edilən keçidə daxil olmaqla yükləyin.
https://audit.az/2021-ci-il-emek-haqqi-cedveli/
Muhasibat.Az
Salam, zəhmət olmazsa, qeyd edilən keçidə daxil olmaqla yükləyin.
https://audit.az/2021-ci-il-emek-haqqi-cedveli/
Muhasibat.Az
Salam, zəhmət olmazsa, qeyd edilən keçidə daxil olmaqla yükləyin.
https://audit.az/2021-ci-il-emek-haqqi-cedveli/