Rusiyalılar 2021-ci ilin ən perspektivli peşələrini seçiblər

posted in: Xəbər | 0
birbank biznes

ödəniş, rəsmi işsiz, məşğul şəxs, İşsizHər səkkizinci rusiyalı (13 faiz) hesab edir ki, IT mütəxəssis peşəsi 2021-ci ildə ən perspektivli peşə olacaq.

“Rabota.ru” və “Sberusluq” xidmətlərinin tədqiqatları barədə TASS agentliyi xəbər verib.

Eyni zamnda rusiyalıların 11 faizi proqramçıları əmək bazarında ən çox tələbat duyulan peşələrdən biri adlandırıblar. Daha bir faiz respondent isə sistem administratorlarının adını çəkiblər.

Həmçinin bildirilir ki, rəyi soruşulanların 8 faizi yeni ildə həkimlik peşəsini ən aktual peşə kimi qeyd ediblər. Eyni zamanda, respondentlərin 3 faizi tibb işçiləriinfeksionistləri, 1 faizi isə virusoloqlarəczacıları seçiblər.

Rəyi soruşulanların bəziləri 2021-ci ildə deputat (4 faiz), prezident (3 faiz) və nazir (2 faiz) vəzifələrini ən perspektivli və aktual peşə hesab ediblər. Sorğu iştirakçılarının 3 faizi sahibkarlarinşaatçıları növbəti ildə ən perspektivli mütəxəssislər sırasına aid ediblər.

Rusiyalıların daha 2 faizi belə hesab edirlər ki, mühəndis, direktor, marketoloqlar, loqistlər, fəhlələr məsafədən işləmək mümkün olan bütün ixtisaslar aktual peşələr hesab olunacaq. Rəyi soruşulanların bir hissəsi (4 faiz) kuryer, menecersatıcı kimi peşələrin perspektivliyinə inanırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email