2022-ci il üçün dolların rəqibi açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

“Finam” qəzetinin təhlilçisi Andrey Maslov bəyan edib ki, hazırda dollar əmanətlərin sabitliyini təcəssüm etdirir. Lakin yığımların diversifikasiyası üçün Britaniya funtuna da diqqət yetirmək lazımdır, deyə mütəxəssis “Praym” agentliyinə müsahibəsində bildirib.

Maslov bildirib ki, FED-in mart ayına planlaşdırılan faiz artımı fonunda dollar ənənəvi olaraq investisiya üçün üstünlüyü sayılan öz cəlbediciliyini qoruyub saxlayır. Müdafiə valyutaları arasında o, 2022-ci ildə ingilis funtunu dollara layiqli rəqib adlandırıb.

“Etibarlılıq baxımından alternativləri, yəni, qoruyucu valyutalar deyilənləri nəzərə alsaq, yen, avro və franka etibar etməmək daha yaxşıdır. Çünki bu il müvafiq ölkələrin mərkəzi bankları kifayət qədər “yumşaq” ovqata kökləniblər və çətin ki, onlar dərəcələri qaldırsınlar”, – analitik belə izah edib.

Ekspertin sözlərinə görə, İngiltərə Bankı ardıcıl ikinci dəfə uçot dərəcəsini qaldırıb ki, bu da sonuncu dəfə 2004-cü ildə baş verib. Təhlilçilər inflyasiya səbəbindən tənzimləyicinin bunu davam etdirəcəyini təxmin edirlər. Həyata keçirilən bu tədbirlər funta dollarla rəqabət aparmağa kömək edəcək.


Print Friendly, PDF & Email