287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək

posted in: Xəbər | 0
birbank biznes

287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək

Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarDaha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində bildirib.

Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu ödəmə işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə veriləcək.

Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

Onu da bildirək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-ək uzadılıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email