600 manat əmək haqqı ilə HR mütəxəssis tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Eurostar Cleaning şirkətinə təcili “İnsan Resursları üzrə Mütəxəssis” tələb olunur.

– Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir  müqavilələrini hazırlayır
– Müqavilələri (www.e-gov.az) daxil edir
– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir
– İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçalarını əmrlər əsasında doldurur
– Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir
– Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir
– Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi
-ehtiyyat kadrlar sisteminin formalaşdırılması
– Kadr sənədləşməsinə mütəmadi nəzarət edir
– Kadrlar üzrə hesabatları tərtib edir
– Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir
– İş qrafiki: həftəfə 6 gün 09:00-dan 18:00-dək
– əmək haqqı- 500- 600  azn(stajdan asılı olaraq)
– Korporariv mobil telefon nömrəsi və avadanlığı təmin edilir

Namizədə tələblər

– İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi
– Cinsi – qadın
– Ali təhsilli
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
– Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı
– Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.)
– Güclü ünsiyyət və danışıq qabiliyyəti
– Komandada işləmək bacarığı
– Problemləri həll etmə bacarığı
– İdarəçilik qabiliyyəti

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq hr@evrostar.az  ünvanına göndərməsi xahiş olunur.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə nömrələri:

012 492 02 88
055 213 83 48
055 213 83 52

E-mail: hr@evrostar.az

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *