Xüsusi karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçi yenidən işinə bərpa etdirilib

posted in: Xəbər | 0

əmək kitabçaları, əmək kitabçası, əmək kitabçalarının ləğvi, e-arayış xidməti, Pensiya kalkulyatoru, işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2020-ci ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 224 min manat məbləğində sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən  vəsaitin 94,2%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin xüsusi karantin dövründə iş yerlərinin qorunmasına elektron sistem üzərindən ciddi nəzarət həyata keçirilib. Əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb. Habelə sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub.

Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti  xüsusi karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.

Mənbə: sosial.gov.az

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *