Planlaşdırma işləmədikdə nə etməli: baş direktorlardan 8 biznes texnologiyası (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

Planlaşdırma biznes,Siz baş direktorların ətraflı bir plan və kağız üzərində gözəl rəqəmlər olmadan nəticələrə nail olmaq üçün nə etdiyini öyrənəcəksiniz.

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

“Universal” MMC

Məşğuliyyət sahəsi: evlərin tikintisi, bəzək və fasad işləri, sənaye alpinizmi, şlaqbaumların quraşdırılması.

İşçi heyətin sayı: 58 nəfər.

2019-cu ildə dövriyyəsi: 1,3 milyard rubl.

İlgizya Şarafiyeva, “Universal” tikinti şirkətinin baş direktoru, Soçi: zamanda ehtiyat yaradıram

Əldə olunan nəticələrin hərtərəfli təhlili olmadan biznes-plan boş bir şeydir. İşi mümkün qədər səmərəli etmək üçün səhvlərin ətraflı təhlilini təşkil edirəm.

6. Faktın plandan kənarlaşmasını təhlil edirik. Biz komanda ilə uğursuzluqların səbəblərini müəyyənləşdiririk və gələcəkdə mənfi amillərin aradan qaldırılması üçün tədbirlər hazırlayırıq.

Tutaq ki, bizdə tikintinin başa çatma müddəti uzanır. Bunun niyə baş verdiyini, növbəti layihəni sürətləndirmək üçün nə edə biləcəyimizi araşdırırıq.

Parlaq sabah gəlməyə də bilər

Tanış sahibkar restoran açmışdı. Maliyyəçilər və analitiklər qrupu əvvəlcədən bir iş planı hazırladı, avadanlıq və təmir investisiyalarını nəzərdən keçirdi, gəlir və xərcləri planlaşdırdı. Əməkdaşları işə götürdülər və yeni restoran işə başladı.

Bir ay, iki ay, üç ay keçir… Gəlir planları yerinə yetirilmir, lakin, rəhbərlik heç bir tədbir görmür. Adamlar “parlaq sabahın” gəlişini gözləməkdədirlər.

Maliyyə ili başa çatdıqda isə yalnız əhəmiyyətli zərəri görmək mümkündür. Müştəri trafikinə dair gözləntilər aydın şəkildə şişirdilib. Bu səhv digərlərini də öz ardınca çəkib: tələb olunduğundan daha tez xarab olan məhsullar alınıb. Lazım olduğundan daha çox əməkdaşlar işə götürülüb ki, əksəriyyətinin işsiz durmalarına baxmayaraq, onlara maaşlar ödənilib.

Lazım olan isə çatışmazlıqları dərhal nəzərə alıb, aradan qaldırmaq olmalı idi.

7. Yeni şəraitə uyğunlaşmaq üçün vaxt ayırırıq. Məsələn, bizim fəaliyyətimizə düzəlişlər edən yeni qanun çıxıb. Həmin mərhələdə biz maliyyə ambisiyalarımızı bir qədər zəiflədirik.

“Qrmızı kitablıq” ağaca görə cərimə

Bir dəfə biz belə bir problemlə üzləşmişdik. İnşaat meydaçasında bitən ağac sən demə, Qırmızı kitaba düşübmüş. Bunu heç kim bilməyib. İnşaat işlərini iki ay ərzində dayandırmalı olduq. Kəsilmə üçün sənəd tərtib etdik, Krasnodar və Moskva şəhərlərindəki dövlət təbiəti mühafizə idarələrinə məktub yazdıq. Həmin qurumlardan  “qırmızı kitablıq” üç ağac əkməli olduğumuz və cərimə-xəbərdarlıqla bağlı bildiriş aldım. Ondan sonra biz belə işlər üçün bir neçə ay vaxt nəzərdə tuturuq.

“Kvazar” təhsil məkanı  

Fəaliyyət sahəsi: özəl məktəb, uşaq bağçası, şəhər düşərgəsi.

İşçi heyətin sayı: 6 nəfər.

2019-cu ildə dövriyyəsi: 5,2 milyon rubl.

Anna Belyayeva, “Kvazar” təhsil məkanının təsisçisi və rəhbəri, Sankt-Peterburq: Hipotezləri “burada və indi” test edirik.

Biz komanda ilə üç il ərzində planların müxtəlif  variantlarını sınadıq: gündəlik, aylıq və illik. Tapşırıq və gözləntilərimizi dəqiq qeyd etdik. Hər dəfə uzunmüddətli planların heç 50 faiz belə realizə olunmadığına əmin olduq.

8. Planları bir və ya iki ay müddətinə qururuq, sonra isə onları korrektə edirik. Məsələn, uşaqların toplanılmasını əvvəlcədən planlaşdırmaq çox çətindir. Keçən yay ərzində bizim şəhər düşərgəmizə böyük tələbat var idi, çünki bir çox ailələr məzuniyyətə gedə bilməmişdilər. Daha çox otağa ehtiyacımız olduğunu başa düşdük, təmir müddətini mümkün qədər sürətləndirdik və beləliklə 10 uşaq əvəzinə 30 nəfəri qəbul etdik.

Sürətli qəbul

Biz həmişə valideynlərin və uşaqların sorğularını təhlil edirik. Belə ki, uşaq bağçasında əlavə ingilis dili dərslərinə tələbat yarandı, müəllimlərimizdən hansının ingilis dilini tədris edə biləcəyini öyrəndik və dərhal uşaqların toplanılmasını elan etdik. Tez bir şəkildə qruplar yaratdıq, dövriyyəmiz 3 faiz artdı. Uşaq biznesi elə də yüksək gəlirli deyil, buna görə hətta belə kiçik addımlar da şirkətin sabitliyi üçün çox vacibdir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email