Mariana Alekseyeva – Mən niyə 8 Martı sevmirəm?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

8 mart – Mən niyə bu günü sevmirəm?!

Dərhal deyim ki, mən feminist deyiləm, ən adı qadınam. Lakin, mən bir çoxlarından fərqli olaraq, bu bayramı qəbul edə bilmirəm. Heç vaxt anlamamışam, uşaq vaxtımdan başa düşməmişəm ki, məni niyə qadın olduğuma görə təbrik etməlidirlər. Bu bayramın qeyd olunması hələ məktəbdə mənə kədər və məyusluq verirdi. İllər keçdikcə daha da pis oldu…

–  Mariana Alekseyeva, Mühasib

Yenə də 8 Mart gəlib çatıb, bu bayramla bağlı söyləmək istədiklərimi demək istəyirəm. Ümid edirəm ki, həmkarlarım məni dəstəkləyərlər, baxmayaraq ki, mübahisə etməyə də hazıram.

Söylədiyim kimi, “Beynəlxalq qadınlar günü”nə münasibət məndə hələ uşaqlıqdan formalaşıb. İkinci sinifdə oxuyan vaxt mən müəllimdən soruşmuşdum ki, səkkiz martı bütün dünyada qeyd edirlərmi: “Bütün dünyanın zəhmətkeşləri bu günü qeyd edirlər. İnqilabçı-qadın gününü!”, – müəllimin cavabı belə olmuşdu. Yaşa dolduqdan sonra başa düşdüm ki, təkcə zəhmətkeşlər, inqilabçılar deyil, eləcə də qadınlar bütün dünyanın hər yerində bu günün nədən yarandığını və niyə məhz, həmin gündə təbrik olunduqlarını çox dumanlı təsəvvür edirlər. Görünür, bayram üçün əsas – bir xromosomun fərqində imiş.

Bu harasıdır, hələ də adamlar var ki, bu günü böyük coşqu ilə qeyd edirlər – stol açırlar, yarım-sovet bayram şənliyi keçirirlər.

Əlbəttə, kişilərin sənə hər cür diqqət yetirməsi, çiçəklər və hədiyyələr verməsi çox xoşdur, bununla bağlı mübahisə etməyəcəm.  Lakin, buna görə xüsusi bir günəmi ehtiyac var? Bəlkə bu bir qənaət məqsədilə həyata keçirilir, yəni, 8 Martda hədiyyəni vermişəm, daha nə istəyirsən, deməkdir? Növbəti gül buketini ad günündə alarsan, deməkdir?! Deməli, bütün başqa günlərdə məni bir qadın olaraq görməzlikdən gəlmək olar? Mən cinslərin bərabərliyini istəyirəm, əgər belədirsə, onda bu tarixçəni, ümumiyyətlə,  niyə ortalığa çıxarıblar?

Elə götürək, çalışdığım kiçik şirkəti, burada mən yeganə mühasibəm. Bütün ili direktor üstümə qışqırır, işdən çıxaracağı ilə hədələyir, bağırır və məndən olmazları tələb edir. Əvəzində 8 Martda hardasa düşüb qalmış bir qızılgül və hansısa ucuz kosmetika dəsti hədiyyə edir. Yəqin, düşünür ki, bundan sonra mən hər şeyi unudacam və ona hədsiz minnətdarlıq edəcəm…

Məni ən çox üzən həmkarlarım, rəfiqələrimdir, ümumilikdə, sadəcə ətrafımdakı qadınlardır, hansılar ki, açıq şəkildə özlərinin kişi dostlarından, ərlərindən, şeflərindən hədiyyələr, güllər və mükafatlar əldə etməyə çalışırlar. Bu qoparmalar nəticəsində onlar bir neçə zanbaqdan ibarət və real qiymətindən on dəfə baha alınmış gül buketinə hələ bir səmimi şəkildə sevinirlər də. Bilmirəm ki, ərim də bu formada belə bir buket hədiyyə edərsə, mənə xoş gələrmi. Əvəzində dəqiq bilirəm ki, işdən sonra heç bir əsas olmadan mənə bir ədəd qızılgül təqdim etsə, bu mənə daha çox zövq verər!  Sürpriz də həmişə xoş olur!

Nəhayət, məni son illərdə ən çox üzən bu hərəkətlərin “qadınlar naminə” tam kapitallaşmasıdır. Yəqin ki, 8 Mart günündə səmimi şəkildə ən çox sevinən gülsatanlardır. Amma, onlar, tamamilə neytral bir gün, məsələn, “Güllər günü” düşünüb tapsaydılar, daha yaxşı olardı. Həmin gündə hamı bir-birinə gül hədiyyə edərdi.

Sizi bilmirəm, lakin, mənim həyatımda güllər, hədiyyələr və mənə hörmət göstərmək üçün səbəb az deyil, bir insan və bir qadın kimi mənə sadəcə gül də, hədiyyə də vermək olar. Öz kolleqalarımı, yaxınlarımı nə qədər inandırmaq istəsəm də ki, məni 8 martda təbrik etmək lazım deyil, yenə də təbrik edirlər. Bu məsələdə yalnız ərim məni anlaya bilir.

Bir sözlə, bütün dünyanın Qadınları bayramımız mübarək!

Bax: Beynəlxalq Qadınlar Günü

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email