900 manat məvaciblə Maliyyəçi axtarılır

Maliyyəçi axtarılır900 manat məvaciblə Maliyyəçi axtarılır.

İşəgötürən: Mazarina MMC

Namizədə tələblər

• Ali İqtisadi təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 1 il iş təcrübəsi (FMCG müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Beynəlxalq sertifiklar(ACCA) arzuolunandır;
• Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
• Azərbaycan dilini yüksək səviyyədə bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;
• Cinsi :Kişi
• Yaş: 22-25

Aydın Kərimovla mühasibat uçotu kursu

İş haqqında məlumat

• Maliyyə göstəriciləri barədə hesabatların hazırlanması və analizlərinin aparılması;
• Xərclərin səmərəliliyinin təhlili və xərclərin optimallaşdırılması planı üzrə təkliflərin hazırlanması;
• Biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmamazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi;
• Şirkətin debitor və kreditorlara görə üzləşdiyi risklərin azaldılmasına nəzarət;
• İnventarizasiya  prosesində iştirak;
• Debitor və kreditor borcları üzrə ümumi nəzarətin həyata keçirilməsi;
• Banklarla işin təşkili.
• ERP sistemin qurulmasında və təkmilləşdirilməsində iştirak
• Mühasibatlıq hesablarının və sisteminin təkmilləşdirilməsində iştirak
• Brendlər/ Təchizatçlar üzrə hesabatların hazırlanması

İş Qrafiki: 09:00-dən – 18:00-dək
İsitrahət günü: Şənbə və Bazar günü.

Bax: 1000 manat məvaciblə Mühasib axtarılır

Maaş 800-900  AZN

Tələblərimizə cavab verən şəxslər cv@mazarina.az / info@finstaff.az elektron ünvanına mövzu hissəsinə “Maliyyə üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilər.

Mazarina MMC – 2001-ci ildən etibarən uğurla fəaliyyət göstərir və “Colgate-Palmolive”, “Canbebe”, “SC Johnson”, “Henkel”,“Heinz” uşaq qidaları, “Helen Harper”, “Bella”, “Loreal”, “Garnier”  ,”Gəncə Şərab-2″ və digər brendlərin ,  Azərbaycanda rəsmi distribyuteridir.

Həmçinin bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *