ABŞ-da son yüz ilin ən böyük işsizliyi proqnozlaşdırıldı

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ABŞ-ın dövlət borcu,ABŞ-ı Böyük Depressiya dövründən bəri işsizliyin ən güclü dalğası gözləyir. Bloomberg Economics agentliyinin analitikləri belə bir fikir söyləyiblər. Gözlənildiyi kimi, Amerikanın Əmək Nazirliyi cümə günü, iyunun 5-də işsizliklə bağlı hesabatı dərc edəcək. Öz proqnozlarında iqtisadçılar agentliyə bildiriblər ki, nazirlik ölkədə işsizliyin 19,6 faizə yüksəldiyini bəyan edəcək ki, bu da 100 il ərzində tarixə ən yüksək göstərici olaraq düşəcək. Agentlik ilin yekunlarına görə, işsizlik səviyyəsinin enəcəyini və iqtisadiyyatın bərpa olunması hesabına bu səviyyənin 10 faiz təşkil edəcəyini gözləyir.

Bundan əvvəl isə Avropanın əmək bazarında ən güclü çöküşün yaşandığı barədə məlumat verilmişdi. Almaniyada işsizlik səviyyəsi artıq 2008-2009-cu illərin bütün maliyyə böhranı dövründəki səviyyədən də yüksək həddə çatıb.

Boston Consulting Group-un qiymətləndirməsinə görə, növbəti iki-üç ayda dünyada koronavirus pandemiyasının nəticələri üzündən planetin hər altıncı sakini işsiz qala bilər. Əmək gəlirlərinin itkisi 3,4 trilyon dollar səviyyəsinə, işsizlik səviyyəsi isə dünyada 17 faizi ötüb keçə bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email