ABŞ ofşorlara qarşı yeni silah tapıb

posted in: Xəbər | 0
birbank biznes

ABŞ iqtisadiyyatı,ABŞ-ın maliyyə naziri Canet Yellen ofşorlara və onların köməyilə vergidən yayınanlara qarşı mübarizə aparmaq üçün yeni “silah” tapıb, bu haqda Financial Times nəşri xəbər verib. O, dünyanın bütün ölkələrinə transmilli şirkətlərin mənfəətinə minimal vergi tətbiq edilməsini təklif edib.

Yellenin fikrincə, belə bir tədbir dövlətlərin və yurisdiksiyaların əcnəbi şirkətlər üçün daha güzəştli və cəlbedici şərtlər uğrunda yarışmasını mənasız bir işə çevirəcək. Hazırda onların bir çoxunda (qeyd edək ki, onların heç də hamısı ofşor deyil) mənfəət vergisi minimal səviyyədə tətbiq olunub və ya ümumiyyətlə, heç mövcud deyil.

Bu, şirkətlərə belə ölkələrdə qeydiyyatdan keçməyə və yerli hüquqşünasların və qeydiyyat orqanlarının xidmətlərinin ödənilməsi hesabına onlara gəlirlərini təmin etməyə, eləcə də əldə edilmiş gəliri vətəninə — baş ofisinin qeydiyyatdan keçmiş ölkəsinə – repatriasiyasına qədər verginin ödənilməsindən yayınmasına imkan verir.

Bundan başqa, belə şirkətlərin çoxu ilkin qeydiyyatdan keçdiyi ölkədəki firmalarda səhmlərə sahib olmaq və onlardan öhdəliklər üzrə dividend və faiz almaq üçün nəzərdə tutulan holdinq strukturlarının funksiyalarını yerinə yetirirlər. Bu ona görə mümkün olur ki, güzəştli rejimlərə malik bir çox ölkələrdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər bağlanıb ki, bu da kapitalın xaricə çıxarılması dərəcəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Yellenin bəyanatı prezident Co Baydenin vətəndaşlara, şirkətlərə və banklara ayrılmasını nəzərdə tutan milli iqtisadiyyatın bərpası üzrə 1,9 trilyon dollarlıq irimiqyaslı planının elan edilməsindən bir neçə gün sonra edilib. ABŞ hakimiyyəti bununla bağlı büdcənin doldurulmasından ötrü yeni üsullar axtarırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email