2021-ci ilin yanvarın 1-nə Avropa İttifaqının (Aİ) 27 ölkəsindən 21-də müəyyən olunmuş minimum aylıq əmək haqqı var. Ən yüksək aylıq minimum əməkhaqqı Lüksemburqda (2 202 avro), ən aşağı isə Bolqarıstandadır (332 avro).
“APA-Economics”in “Eurostat”a istinadən verdiyi məlumatına görə, minimum əməkhaqqının səviyyəsinə görə, Aİ üç regiona bölünür: orta minimal əməkhaqqının 542,1 avro olan Şərqi Avropa regionu, 890,2 avroluq orta minimum əməkhaqqı olan Cənubi Avropa regionu və Fransa, Almaniya, Belçika, Niderland, İrlandiya və Lüksemburqun daxil olduğu Aİ-nin ən inkişaf etmiş ölkələr qrupu. Sözügedən ölkələrdə isə ortalama minimum əməkhaqqı 1 734,3 avroya bərabərdir.
Aİ ölkələrinin minimum aylıq əmək haqqına görə sıralaması:
|
# |
Ölkə |
Minimum əməkhaqqı, avro |
|
1 |
Lüksemburq |
2 202 |
|
2 |
İrlandiya |
1 724 |
|
3 |
Niderland |
1 685 |
|
4 |
Belçika |
1 626 |
|
5 |
Almaniya |
1 614 |
|
6 |
Fransa |
1 555 |
|
7 |
İspaniya |
1 108 |
|
8 |
Sloveniya |
1 024 |
|
9 |
Malta |
785 |
|
10 |
Portuqaliya |
776 |
|
11 |
Yunanıstan |
758 |
|
12 |
Litva |
642 |
|
13 |
Slovakiya |
623 |
|
14 |
Polşa |
614 |
|
15 |
Estoniya |
584 |
|
16 |
Çexiya |
579 |
|
17 |
Xorvatiya |
563 |
|
18 |
Latviya |
500 |
|
19 |
Rumıniya |
458 |
|
20 |
Macarıstan |
442 |
|
21 |
Bolqarıstan |
332 |
Mənbə: apa.az

