Bəzi malların aksiz dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

şirkət, Nizamnamə kapitalı, Lisenziya? dövlət qeydiyyatı hüquqi Malların ehtimal olunan qiymətləriAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760, № 7, maddə 1348, № 8, maddə 1474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 43 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2710 19 210 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1 reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün

1,0 manat

2710 19 210 9 reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün

80 manat

1.2. 2710 19 250 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2710 19 250 1 KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin 1 ton üçün

1,0 manat

2710 19 250 9 digər məqsədlər üçün kerosin 1 ton üçün

80 manat

  1. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 27 fevral 2020-ci il
№ 71

Mənbə: nk.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aksiz dərəcələri

 

Print Friendly, PDF & Email