Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 % artaraq 887 129 təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Yanvar-iyun ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 % artaraq 61 368 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 % artımla 242 208 təşkil edib.

Mühasibat xidmətləri

Mənbə: report.az

Qeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?