Alibaba şirkətinin rekord həddə cərimələnməsi “Jack Ma”-nı daha da varlandırıb

posted in: Xəbər | 1
birbank biznes

Çin hakimiyyət orqanları bu şirkəti rekord məbləğdə cərimələdikdən sonra çinli milyarder və Alibaba şirkətinin qurucusu “Jack Ma”-nın sərvəti daha 2,3 milyard dollar artıb. Bloomberg xəbər verir ki, milyarderlər indeksində — Bloomberg billionaires index — cərimədən sonra daha da zənginləşmiş sahibkar indi 52,1 milyard dollar sərvət ilə 25-ci sırada qərarlaşıb.

Belə ki, Alibaba şirkətinin səhmlərinin qiyməti yüksəliş göstərib. Çərşənbə axşamı, aprelin 13-də səhmlərin qiyməti 9,27 faiz artıb.

Bundan əvvəl, aprel ayında ÇXR-nın bazarlara nəzarət dövlət idarəsi, Alibaba şirkətini antiinhisar qanunvericiliyini pozduğuna görə, ölkə tarixi əzində ən yüksək məbləğdə – 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları)  cərimə etmişdi. Tədqiqatlar göstərmişdi ki, Alibaba şirkəti istehlakçını “seçim hüququ olmadan” öz xidmətlərindən istifadə etməyə məcbur edən siyasət apardığını təsdiqləyib.

Çin hakimiyyət orqanları ilə Jack Ma arasında münaqişə ötən il, sahibkarın rəqəmsal texnologiyalar məsələsində hökumətin siyasətini tənqid etdikdən sonra başlamışdı.

Bloombergin məlumatına görə, Çin hökumətinin növbəti qurbanı texnologiya nəhəngi Tencent ola bilər: bu şirkət də antiinhisar pozuntularına görə cərimə altına düşüb. Belə ki, təhsil sahəsində fəaliyyət göstərən Yuanfudao onlayn-xidmətinin 2018-ci ildə satın alınması, müəyyən iddiaların ortaya çıxmasına səbəb olmuşdu. Cərimə 77 min dollar təşkil etmişdi. Lakin martın ortalarında bu, səhmlərin qiymətinin 4,5 faiz aşağı düşməsinə, kapitallaşmanın isə 810 milyard dollara kimi azalmasına gətirib çıxarmışdı. Konqlomeratı böyük ehtimalla maliyyə, sığorta və fintex-aktivlər kimi ayırmağa məcbur edəcəklər və hansı ki, bundan sonra dərhal sərt tənzimləməyə məruz qalacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Emil
    |

    necə də gözəl bir işdir. Cərimə olunsan belə qazanma ehtimalın olur işində. Afərin Jack Ma-ya !