Sual: İşçinin əmək haqqısından gəlir vergisi tutulduğu zaman öncə ondan aliment məbləği tutulur yoxsa əmək haqqından öncə gəlir vergisi çıxılır sonra aliment tutulur? Zəhmət olmasa cavab verdiyinizdə Azərbaycan Respublikası Qanunvericilik aktlarına istinad edin. (vergilər)
Cavab: Bildiririk ki, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci maddəsinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
Mənbə: taxes.gov.az
Bax:
-
Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?
-
102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?
-
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
-
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
-
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
-
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?