Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt (I Hissə)

posted in: Xəbər | 0
birbank biznes

Almanlar öz maliyyə vəziyyətlərindən razıdırlar

almaniyaAlman əmanət kassalarını birləşdirən Deutscher Sparkassen und Giroverband assosiasiyasının tədqiqatlarına əsasən rəyi soruşulan Almaniya sakinlərinin 66% öz maliyyə vəziyyətlərini “çox yaxşı” və ya  “yaxşı” adlandırmışlar.  Bu göstərici bu cür tədqiqatların aparıldığı bütün müddət ərzində rekord səviyyəyə yüksəlib.

Öz maliyyə vəziyyətlərindən “narazı” və ya “olduqca narazı” olan respondentlərin faizi yalnız 8% təşkil edib. Bununla yanaşı, sorğulananların 25%-i (yəni, hər dördüncü alman) yaxın iki il ərzində maddi vəziyyətlərinin daha da yaxşılaşacağını gözləyirlər. Öz maliyyə vəziyyətlərinin pisləşəcəyindən yalnız 11% sorğu iştirakçısı ehtiyat edir.

İmkanlı almanlar çox yüksək vergi ödəyirlər

Öz maaşlarını Almaniya sakinləri tam şəkildə əllərinə alırlar. Gəlirlərinin əhəmiyyətli hissəsini onlar vergi şəklində dövlət xəzinəsinə köçürürlər. Ölkədə proqressiv vergi sistemi fəaliyyət göstərir. İnsan nə qədər çox qazanc əldə edirsə, dövlət büdcəsinə bir o qədər böyük faiz ödəyir.

Əgər işçi il ərzində 9 000 avrodan az (ayda 750 avro) qazanırsa, onda gəlir vergisi ödəməkdən azad edilir. Əgər insanın illik gəliri vergiyə cəlb olunan məbləğdən bir qədər yüksək olarsa, belədə o, öz qazancının 14%-ni dövlətə ödəyir. Orta statistik əməkhaqqı alan vətəndaşlar gəlir vergisini artıq 24% ödəyirlər. İllik gəliri 54 950 avrodan yüksək (ayda 4 580 avro) olan adamlar öz qazanclarının 42%-ni dövlətə qaytarırlar.

Almaniyada ən yüksək vergi tarifi 45%-dir.

Bundan əlavə, Almaniyanın bütün sakinləri mütləq sosial fondlara pul köçürürlər. Bu ödənişlər vətəndaşların pensiya təminatına, tibbi sığortalara, iş itkisindən sığortaya və əmək qabiliyyətinin itirilməsinə (əksər hallarda qoclığın başlanmasına) yönəldilir. Bu ödəmənin bir hissəsini işçinin özü, digər hissəsini isə onun sahibkarı ödəyir. Ümumilikdə, sosial fondlara ödənişlər işçiyə hesablanmış əməkhaqqının 19% – ni təşkil edir.

Alman vətəndaşları gəlir vergisi və sosial güzəştlərlə yanaşı büdcəyə digər ödənişlər də ödəyirlər.

Məsələn, almanlar it saxladıqlarına görə də vergi ödəyirlər. Onun məbləği itin cinsindən asılı olaraq müəyyən edilir. Kiçik it üçün belə bir vergi 100 avroya kimidir. Döyüşkən cinsdən olan itin saxlanılması isə ildə təxminən 600 avroya başa gəlir.

Almaniyada yağıntılara görə (bu vergi öncədən kommunal ödənişlərə əlavə edilib) də vergi var. Toplanılan pullar küçə kanalizasiya xətlərinin saxlanılmasına və təmirinə yönəldilir. Və alman şəhərlərində yağışdan sonra heç vaxt gölməçələr qalmır.

Almaniyada hələ kilsə vergisi də var. Onun həcmi gəlir vergisinin 8-9% təşkil edir. Toplanılan vəsaitlər kilsə icmalarının ehtiyaclarına istiqamətləndirilir. Almaniya vətəndaşlarının 30% hazırda katoliklər kimi, 29% isə protestantlar kimi qeydə alınıblar. Onlardan gəlir vergisi ödəməyənlərin hamısı (yetkinlik yaşına çatmayanlar, pensiyaçılar, az qazanclı vətəndaşlar) kilsə vergisi ödəməkdən azad olunublar. Beləliklə, dini inanclıların 65% yaxını kilsə vergisini ödəmirlər.

Almaniyada müasir bank texnologiyaları kifayət qədər inkişaf etməyib

Nə qədər qəribə səslənsə də, təmin edilmiş və yüksək inkişaf etmiş Almaniya müasir ödəniş texnologiyalarının inkişaf səviyyəsinə görə kifayət qədər inkişaf etməyib. Bu ölkədə bank kartları bir çox kafe, restoran və kiçik mağazalar tərəfindən ödənişə qəbul edilmir. Bir çox ticarət nöqtələri yalnız AB ödəniş sistemi ilə yerli plastik kartlarla işləyir. Vərdiş etdiyimiz Visa və ya MasterCard plastik ödəniş kartları hətta bütün supermarketlərdə qəbul edilmir.

II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email