Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

almaniyada ailələr, almaniyada təhsil, almaniyada maliyyə,Almaniyanın maliyyə həyatı barədə 7 maraqlı fakt (II hissə)

I hissəyə nəzər yetirin

Almaniyada təhsil tam şəkildə pulsuzdur

Almaniyada orta təhsil icbari pulsuzdur. Bütün uşaqlar minimum 10-cu sinfi bitirməlidirlər. Tam orta təhsil almaq üçün 13 il oxumaq lazımdır.

Bu ölkədə ali təhsil də pulsuzdur. Əvvəllər (2014-cü ilə qədər) ali məktəblərdə oxuyan tələbələr kiçik semestr yığımları (ildə 100 avrodan 500 avroya kimi) ödəməli idilər. Bu pullar kitabxanaların saxlanılmasına, nəqliyyat üçün gediş haqlarına və digər administrativ xərclərə yönəldilirdi. 2014-cü ildə tələbələr üçün administrativ yığım ləğv edildi.

Bir çox alman ailələri öz büdcələrini ayrı-ayrılıqda aparırlar

Alman ailələrinin bir hissəsində ailə büdcəsi ümumidir. Amma alman cütlüklərinin ailə büdcəsini ayrı-ayrılıqda aparması faktı da nadir hadisə deyil.  

Belə ailələrdə ər və arvadın gəlirləri hər birinin hesabına ayrı-ayrılıqda oturur. Eləcə də belə ittifaqda daha bir (üçüncü) ümumailə hesabının açılması da qəbul olunub. Həmin hesabdan ərzaqların alınmasında, kommunal xərclərin ödənişlərində, səyahətlər üçün üçün istifadə olunur. Əgər ər və arvad eyni məbləğdə əməkhaqqı alırlarsa, onda ümumi məsrəflərə də eyni məbləğ yönləndirirlər. Əgər həyat yoldaşlarından biri digərindən xeyli çox qazanırsa, onda ailənin ehtiyacları üçün xərclər, bir qayda olaraq, alınan gəlirə nisbətdə bölüşdürülür.

Öz şəxsi alış-verişləri üçün onların hər biri öz fərdi hesablarından ödəniş edirlər. Belə ailələrdə ər və ya arvadın bir-birlərinin pullarına çıxışları olmur. Nəticədə belə çıxır ki, ər və arvad təsərrüfatı birlikdə idarə edirlər və eyni zamanda həm də maliyyə cəhətdən bir-birindən asılı deyillər.

Almaniyada əliboş da qonaq getmək olur

Almanlar öz həyatlarını bir neçə həftə əvvəldən planlaşdırmağa vərdiş ediblər. İşdən sonra dostunu da götürüb tanışın olan birinin evinə qonaq getmək burada qəbul olunalmaniyada təhsilmayıb. Hətta ən yaxın qohumlarınla belə görüşlə bağlı öncədən razılıq əldə olunmalıdır.

Əvəzində qonaq kimi dəvət olunduğun yerə əliboş da gələ bilərsən. Qəbul edən tərəf bunu bir norma kimi qəbul edir. Və əksinə, əgər siz özünüzlə səmimiyyətinizə əsaslanıb dəvət olunduğuz yerə özünüzlə nəsə “dadlı bir şey” aparsanız, sizi düzgün başa düşməyə bilərlər. Sizin belə bir davranışınız ev sahiblərinə onların mənzilində yeməyə bir şey olmamasına bir işarə kimi qəbul oluna bilər. Əgər siz insanlara diqqət göstərmək istəyirsinizsə, onda özünüzlə bir şüşə şərab, gül dəstəsi və ya öz əlinizlə bişirdiyiniz keks gətirə bilərsiniz.

Almaniyada ad günü münasibətilə ən yaxşı hədiyyə kimi qəhrəmanının hobbilərinə uyğun mallar üçün hədiyyə kartı hesab olunur (məsələn, kitablar, məişət əşyaları və s.). Təminatlı ailələrdə hər hansı xeyriyyə layihəsinə ianə məbləği vermək qəbul edilmişdir.  Bu zaman məbləği dəvət edilən şəxs müəyyən edir. Sonradan ev sahibi, bir qayda olaraq, qonağın pulunu hansı məqsədlər üçün köçürdüyünü bildirir.

Almaniyada müəlliflik hüquqlarının pozulmasına görə çox yüksək cərimələr var

Almaniyada internetdən xoşunuza gələn musiqi, kitab və ya filmi yükləyə bilməzsiniz. İstifadəçilərin torrent-saytlardan və digər pulsuz mənbələrdən yüklədikləri hər bir şey qeydə alınır və olduqca sərt şəkildə cəzalandırılır. Müəllif hüquqları ilə qorunan məzmundan icazəsiz istifadə (müəyyən miqdarda müəllif hüququ sahibinə endirim edilmədən) yüksək cərimə ilə cəzalandırılır. İnternetdən uşaqlarınız filmi yükləsələr belə, e-poçtunuza kiminsə müəllif hüquqlarını pozduğunuzu bildirən bir məktub alacaqsınız. Kompensasiya qismində onlar pozucudan kompensasiya ödəməyi tələb edəcəklər. Bu zaman tələb olunan kompensasiyanın məbləği 700 və ya hətta 1000 avroya çata bilər. Qanunu pozan internet-istifadəçi də özünə bu zaman vəkil tuta bilər. Yazışmalar zamanı bəzi vaxtlarda kompensasiya məbləğini 150-300 avroya kimi aşağı salmaq olur.


Print Friendly, PDF & Email