Amazon vergilərdən yayınmaq üsulu tapıb

posted in: Xəbər | 0
birbank biznes

Amerikanın texnologiya nəhəngi Amazon şirkəti vergilərdən yayınmağın yolunu tapıb, belə ki, yerli hakimiyyət orqanlarının təzyiqi səsəbindən öz mənzil-qərargahını Sietldən köçürmək niyyətindədir. “Fox” telekanalı xəbər verir ki, ofis birbaşa ləğv olunmayacaq, mənzil-qərargah isə başqa yerə köçürülə bilər.

Amazon şirkətinin baş direktoru Endi Yassinin sözlərinə görə, son beş ildə Sietl şəhər şurası şirkətə qarşı sərt davranmağa başlayıb. 2018-ci ildə şəhər hakimiyyəti illik 20 milyon dollardan çox gəliri olan müəssisələrə vergi tətbiq edib. Şəhər büdcəsinə gəliri bundan çox olan şirkətlərin hər bir işçisindən 275 dollar vəsait daxil olmalı idi, Amazon şirkətinə bu vergi ildə 60 milyon dollara başa gəlib.

Buna cavab olaraq Amazon şəhər mərkəzində inşaat işlərini dayandıracağı ilə təhdid etmişdi və biznes-qrupun təzyiqləri nəticəsində vergini bir qədər yumşaltmalı olmuşdular. Lakin hazırda şəhər şurasının bəzi üzvləri vergi yığımını artırmağı tələb etməyə başlayıblar ki, bu da Amazon şirkətini öz əsas mənzil-qərargahını başqa yerə köçürməsi üzərində düşünməyə vadar edib. “GeekWire” sammitində müsahibə zamanı Endi Yassi, ofis və işçilərin Sietldə qalacağını, lakin şirkətin beyin mərkəzinin, Belvyu və ya Pyucet-Saunddakı mənzil-qərargahına köçürülə biləcəyini qeyd edib.

Bundan əvvəl İlon Mask mənzil-qərargahının Kaliforniyadan Texasa köçürülməsini elan etmişdi. Korporasiyanın baş ofisi biznesmenin evinə və “SpaceX” obyektinə daha yaxın yerləşdirilib. Mask, həmin vaxt şirkətin köçürülmə səbəblərini açıqlamamışdı.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email