Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilib

posted in: Xəbər | 0

QR kodla ödəmə, AÖS, "QR kod"la ödəmə, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,İqtisadi Şuranın fəaliyyətinin təşkil edilməsi ilə bağlı işləri Azərbaycan Mərkəzi Bankında (AMB) fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İqtisadi Şuranın Əsasnaməsi”ndə öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Şuranın Katibliyinin tərkibini də AMB müəyyən edəcək.

Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

– Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

– Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

– Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

– Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

– Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

– imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

– Şuranın iclaslarının protokollarının və Şuranın qərarların surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

– Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

– Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

– Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

– Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *