Mühasibatlıq sahəsində uğurlu karyera qurmaq üçün nəzəri bilik vacibdir, lakin müasir əmək bazarında bu tək başına kifayət etmir. Mühasib qanunvericiliyi və uçot prinsiplərini bilməklə yanaşı, onları real iş prosesində tətbiq etməyi, mühasibat proqramlarından istifadəni, sənədlərlə işləməyi və qarşıya çıxan problemlərə düzgün həll tapmağı bacarmalıdır.
Məhz buna görə praktiki yanaşma Azərbaycan Mühasiblər Məktəbinin (AMM) tədris proqramlarının əsas prinsipidir: nəzəri biliyi praktiki bacarığa çevirmək.
Azərbaycan Mühasiblər Məktəbi: biz kimik?
AMM yalnız tədris mərkəzi deyil, mühasibatlıq, maliyyə, audit, vergi və karyera istiqamətlərini əhatə edən geniş peşəkar ekosistemin bir hissəsidir.
Accounting.Az, Audit.Az, Hesabat.Az, Finstaff.Az, Mühasibat.Az, Excel.Az kimi elektron resurslarla müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız sahənin ehtiyaclarını həm tədris, həm real biznes, həm də əmək bazarı baxımından izləməyə imkan verir.
Muhasibat.Az və digər resurslarda sahə üzrə yeniliklər və aktual məlumatlar peşəkar auditoriyaya çatdırılır. Finstaff.Az isə maliyyə və mühasibatlıq üzrə iş axtaranlarla işəgötürənlərin bir araya gətirir. Belə əməkdaşlıq AMM-in tədris proqramlarını əmək bazarının real tələblərinə uyğun formalaşdırmağa imkan yaradır.
Mühasibatlıq təlimlərində praktiki tədris niyə vacibdir?
Mühasibatlığın nəzəri əsaslarını kitablardan öyrənmək mümkündür, lakin mühasib kimi işləmək üçün həmin bilikləri praktikada tətbiq etmək lazımdır. Azərbaycan Mühasiblər Məktəbində əsas məqsəd yalnız mövzunu izah etmək deyil, iştirakçının öyrəndiyini real iş prosesində istifadə edə bilməsidir.
Təlimlər zamanı iştirakçılar müxtəlif praktiki mövzular üzərində işləyirlər:
- kassa və bank əməliyyatlarının aparılması;
- əməkhaqqının hesablanması;
- vergi bəyannamələrinin hazırlanması;
- kameral yoxlamalar zamanı görüləcək işlər;
- mal-material və əsas vəsaitlərin uçotu;
- satış və digər təsərrüfat əməliyyatlarının uçota alınması;
- 1C proqramında mühasibat uçotunun aparılması;
- maliyyə hesabatlarının hazırlanması.
Məqsəd iştirakçının kursun sonunda yalnız “mövzunu bilirəm” deyil, “bu işi necə etməli olduğumu bilirəm” deyə bilməsidir.
Digər təlim proqramlarımız
Azərbaycan Mühasiblər Məktəbində mühasibatlıq, vergi, excel və s. sahələrdə müxtəlif istiqamətlər üzrə praktiki təlim proqramları təşkil olunur.
| Təlim proqramı | Tədris istiqaməti |
|---|---|
| Mühasibat uçotu və 1C | Praktiki mühasibatlıq və 1C |
| Bəyannamə və hesabatların hazırlanması | Vergi hesabatları və bəyannamələr |
| Vergi auditi kursu | Vergi hesabatları və bəyannamələr |
| PMS I imtahanına hazırlıq | Peşəkar mühasib sertifikasiyası |
| PMS II imtahanına hazırlıq | Peşəkar mühasib sertifikasiyası |
| Excel təlimi | Mühasiblər üçün praktiki Excel |
| Korporativ təlimlər | Şirkətlər üçün fərdi tədris proqramları |
Peşəkar təlimçi təcrübəsi nə üçün önəmlidir?
Praktiki mühasibatlıq təliminin əsas şərtlərindən biri təlimçinin real iş təcrübəsinə malik olmasıdır. AMM-də tədris prosesinə uçot, maliyyə və əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislər cəlb olunur – çünki praktikada hər əməliyyat standart ssenari üzrə getmir: sənədlərdə uyğunsuzluqlar, fərqli uçot yanaşmaları və gözlənilməz problemlər yarana bilər. Belə hallarda təlimçinin real təcrübəsi iştirakçı üçün xüsusilə dəyərli olur.
Peşəkar təlimçi komandamız iştirakçılara nəzəri biliklə yanaşı, real iş prosesində qarşılaşa biləcəkləri situasiyalarla bağlı praktik məlumatlar verir. Komandamızla tanış olun.
Mühasibatlıq kurslarında tədris dəstəyi
Təlim prosesi yalnız dərs saatları ilə məhdudlaşmır. İştirakçılara mövzuları yenidən nəzərdən keçirmək üçün video dərs yazıları və tədris materialları təqdim olunur. Kiçik qruplarda tədris isə müəllimlə daha rahat ünsiyyət qurmağa, sualları birbaşa ünvanlamağa və praktiki tapşırıqları ətraflı müzakirə etməyə imkan yaradır.
Mühasibatlıq təlimləri kimlər üçün nəzərdə tutulub?
AMM-nin təlim proqramları müxtəlif bilik və təcrübə səviyyəsinə malik şəxslər üçün nəzərdə tutulur:
- praktıki mühasibatlıqda ilk addımlarını atanlar;
- tələbələr və yeni məzunlar;
- artıq mühasib kimi çalışan mütəxəssislər;
- biliklərini yeniləmək və karyerasını inkişaf etdirmək istəyən maliyyə peşəkarları;
- maliyyə və uçot proseslərini daha yaxşı anlamaq istəyən sahibkarlar.
Sertifikat və praktiki bacarıq
Sertifikat əmək bazarında əlavə üstünlük yaradır, lakin işəgötürən üçün namizədin praktiki bacarıqları da xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən AMM-də əsas məqsəd yalnız sertifikat təqdim etmək deyil, iştirakçıların real bacarıqlar əldə etməsinə şərait yaratmaqdır. Təlimlərin sonunda keçirilən xüsusi imtahanların nəticələrinə əsasən iştirakçılara əldə etdikləri nəticəyə uyğun dərəcələndirilmiş sertifikat təqdim olunur.
Təlimdən karyeraya: məzunlara dəstək
Əməkdaşlıq etdiyimiz Finstaff.AZ portalı vasitəsilə uçot və maliyyə sahəsində mövcud vakansiyalar və əmək bazarının tələbləri izlənilir. Təlimləri uğurla tamamlayan və iş axtaran məzunlara da imkan daxilində karyera istiqamətində dəstək göstərilir.
Yalnız “Mühasibat uçotu və 1C” proqramı üzrə 900-dən çox məzun təlimlərdə iştirak edib və onların böyük hissəsi hazırda mühasibatlıq və əlaqəli sahələrdə fəaliyyət göstərir. Bir qisminin daha sonra digər peşəkar inkişaf proqramlarında iştirak etməsi davamlı öyrənmənin əhəmiyyətini göstərir.
Şirkətlər üçün korporativ mühasibatlıq təlimləri
Peşəkar inkişaf yalnız fərdi mütəxəssislər üçün deyil, şirkətlərin maliyyə və və uçot sektorunda çalışan komandaları üçün də vacibdir. Azərbaycan Mühasiblər Məktəbi müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin ehtiyaclarına uyğun korporativ və fərdi təlimlər təşkil edir; məqsəd əməkdaşların bilik və praktiki bacarıqlarının inkişafı, iş prosesində məsələlərin daha effektiv həlli və peşəkar səviyyələrinin yüksəldilməsidir.
Mühasibatlıqda peşəkar inkişaf necə qurulmalıdır?
Mühasibatlıq daim yenilənən sahədir. Qanunvericilikdə dəyişikliklər, yeni texnologiyalar, proqram təminatları mütəxəssislərin davamlı inkişafını zəruri edir. Azərbaycan Mühasiblər Məktəbinin məqsədi praktiki bacarıqlara sahib, real iş proseslərinə hazır və peşəkar inkişafını davam etdirən mühasibatlıq və maliyyə mütəxəssislərinin formalaşmasına töhfə verməkdir. Bu yanaşma həm praktiki təlimlərdə, həm də PMS imtahanlarına hazırlıq proqramlarında öz əksini tapır.
Tez-tez verilən suallar
Mühasibatlıq kursları neçə müddətə davam edir? 8-12 həftə aralığında.
Təlimlər onlayn keçirilir, yoxsa əyani? Təlimlər həm onlayn, həm də əyani tədris edilir (Tələbənin seçimindən asılı olaraq).
Kursun qiyməti nə qədərdir? Müxtəılif kürslar üçün fərqlidir, dəqiləşdirmək üçün əlaqə saxlayın.
Kurslara praktiki mühasibatlıqda təcrübə olmadan qoşula bilərəmmi? Bəli – proqramlar müxtəlif səviyyələr üçün nəzərdə tutulub, ilk addımlarını atanlardan təcrübəli mütəxəssislərə qədər.
Suallarınız var? Bizə müraciət edin və sizə uyğun proqramı birlikdə seçək
Bilik başlanğıcdır. Praktika bacarıq yaradır. Peşəkar dəstək isə inkişafı sürətləndirir.
