Sual: Müəsisənin 2017-ci ildə amortizasiya hesablanması qanunvericiliyə əsasən 200 000 manat, 2018-ci ildə isə 175 000 manat edir. Lakin 2017-ci il üçün 100 000 manat , 2018-ci il üçün isə 75 000 manat amortizasya hesablanıb hesabatlara daxil edilib. 2019-cu il üçün müəssisə 2017-ci və 2018-ci ildə hesablanmayan amortizasiyanı hesablayıb 2019-cu ilin xərcinə sala bilərmi? (Amortizasiya normaları)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq edildiyi halda yaranan fərqin sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
-
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
-
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
-
Mülkiyyətindəki kənd təsərrüfatı torpaqlarını istifadə edən fiziki şəxslərin Sosial sığorta haqqı necə hesablanır?
-
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?
-
102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ nə zaman yaranır və hansı sənədlər tələb olunur?