Andorra ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Andorra ilə bağlı maraqlı faktlar

1-ci hissə

Andorra knyazlığı Pireney yarımadasında Fransa və İspaniya arasında yerləşən cırtdan ölkələrdən biridir. Sahəsi cəmi 468 kv km, əhalisi isə 80 min nəfərdir. Ölkənin paytaxtı Andorra-la-Velya dəniz səviyyəsindən 1029 metr yüksəklikdə yerləşir və bu Avropa ölkələri paytaxtları arasında ən yüksəkdə yerləşən şəhərdir.

  • Nə vaxtsa buranın yerli sakinləri yalnız kənd təsərrüfatı ilə məşğul olurdular. İndi isə əsas gəlir turizmdən və bank sektorundan daxil olur.
  • Andorra həyat səviyyəsinə görə Avropa ölkələri içərisində ən yüksək yerlərdən birini tutur.
  • 1864-cü ildə qəbul olunmuş qanuna görə Andorrada vəkillik qadağan edilib. Onları qara hüquqşünaslar adlandırırdılar, yəni qara işləri ağ işlərə çevirənlər hesab edirdilər. Yeri gəlmişkən, Andorrada həbsxanalar yoxdur və bu ölkə dünyada ən təhlükəsiz yerlərdən biri hesab olunur.
  • Andorrada de-yure katalan dili dövlət dili hesab olunsa da, faktiki olaraq bu ölkədə dövlət dili rolunu üç dil oynayır – katalan, ispan və fransız dilləri.
  • Andorrada ibtidai məktəblərdə dərslər məktəbdən asılı olaraq, bu dillərdən birində aparılır.
  • Andorra ərazisində yetmiş beş müxtəlif qarışqa növü yaşayır.
  • Andorrada asfalt örtük çəkilmiş yolların ümumi uzunluğu cəmi 200 km təşkil edir.
  • Andorrada müntəzəm ordu yoxdur, yalnız polis var. Bu balaca ölkənin xaricdən olan təhlükəsizliyinə görə qonşuları – İspaniya və Fransa məsuliyyət daşıyırlar.
  • Andorrada poçt daşımaları pulsuzdur, ola bilsin bu, ölkə ərazisinin balaca olması ilə bağlıdır.
  • Andorranın öz milli valyutası yoxdur və heç zaman olmayıb da, ödəniş zamanı avrodan istifadə olunur. Andorra dineri yalnız kolleksiyaçılardan ötrü qızıl, gümüş və bimetal formada sikkələr buraxılır. Bir diner 100 santimdən ibarətdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *