Vergilər Nazirliyinin Apelyasiya Şurasında ötən il baxılan şikayət sayı açıqlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

kommersiya qurumları, MDSS, fəaliyyət,imtahan nəticələri, işə qəbul, ödənilməli vergilər, vergi ödəyicisi, vergi borcu,Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,2019-cu ildə Vergilər Nazirliyinin Apelyasiya Şurasında, ümumilikdə, 108 şikayətə baxılıb. Bunlardan 10-u səyyar vergi yoxlamaları, 48-i kameral vergi yoxlamaları, 17-si operativ vergi nəzarəti tədbirləri, 29-u vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi, 4-ü isə digər məsələlərlə bağlı olub. (Apelyasiya Şurası)

Daxil olmuş şikayətlərdən 48 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Belə ki, həmin şikayətlərdən 29-u tam, 2-si qismən təmin edilib, 17 vergi ödəyicisinin şikayəti isə təmin olunmayıb.

Şikayətlərdən 60-na onun predmeti üzrə məhkəməyə müraciət edilməsi və ya şikayətin məhkəmədə icraatda olması, yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması, şikayətin verilmə müddətinin buraxılması, şikayətin geri götürülməsi və şikayətə baxılması Apelyasiya Şurasının predmeti olmaması səbəbindən mahiyyəti üzrə baxılmayıb.

2019-cu ildə Şura tərəfindən baxılmış 3 şikayət üzrə qərardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilib. Lakin sözügedən instansiya tərəfindən çıxarılmış qərarlar ilə Şuranın gəldiyi nəticə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılıb.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl olunması, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarlarının Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilməsi təmin edilib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Apelyasiya Şurası
Print Friendly, PDF & Email