Apple şirkətinin səhmləri çökdü

posted in: Xəbər | 0
birbank biznes

Apple səhmlərinin qiymətləri Çində iPhone smartfonlarının satışının düşməsi ilə bağlı xəbərlər fonunda çöküb, NASDAQ birjasında ticarət məlumatları bunu təsdiq edir.

Əsas ticarət sessiyasının başa çatmasından sonra səhmlər 4,2 faiz ucuzlaşıb ki, bu da bazar kapitallaşmasının (bütün səhmlərin ümumi dəyərinin) 83 milyard dollar azalmasına gətirib çıxarıb.

Eyni zamanda, əsas ticarət sessiyası zamanı səhmlər 3,7 faiz – hər bir səhm üçün 115,3 dollara yüksəlib.

Analitiklərin fikrincə, Apple-ın səhmlərinin satışına şirkətin dərc etdiyi hesabat səbəb olub. Burada, xüsusilə, əsas bölgələrdən birində  –  Çində satışların azalmasından danışılır. Üçüncü rübdə ölkədə iPhone-nun satışından əldə edilən gəlir 29 faizə – 7,9 milyard dollara düşüb.

Apple-ın üçüncü rübün yekunları üzrə ümumi satışları bir faiz artaraq 64,7 milyard dollara çatıb ki, bu da analitiklərin gözləntilərindən yüksək olub.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email