“Apple” şirkəti haqqında nə bilirik?
Şirkət haqqında və oradakı iş rejimi ilə əlaqəli bir çox faktları sözügedən şirkətdə indi də çalışan və vaxtilə işləmiş əməkdaşların maraqlı və qeyri-adi şərhlərindən öyrənə biləcəyik.
1. Çox fərqli insanlarla işləməli olursan. Rodrigo Estrada xatırlayır ki, onların şöbəsində idman fotoqrafı, sənədli filmlər rejissoru, rəqqas, folklor-musiqiçi, ssenari müəllifi, nəzəriyyəçi-fizik və bir çoxları çalışıb. Onun sözlərinə görə, heç vaxt bu cür maraqlı yerdə işləməyib.
2. Şirkətin kafesində yeganə pulsuz qida almadır.
3. Şirkətdə işləmək qeyri-formaldır. Burada vərdiş etdiyimiz testlər, daimi şifrə və versiya yoxlamaları, müntəzəm toplantılar olmur.
4. Şirkət statistika ilə bağlı çox narahatlıq keçirir. Əvvəllər ofisdə böyük ağ rəngli yazı taxtası mövcud olub ki, orada gəlirlərin göstəriciləri, texniki dəstəklə bağlı qəbul edilən zənglər və s. barədə daim yenilənən məlumatlar əks olunurdu.
5. Təcrübəyə gələnlərin hamısı ilk gündə “Apple”in xüsusi köynəyini geyinməli idilər. Pol Arkanın sözlərinə görə, əgər sən “Apple”in loqosu olan köynək geyinmiş çoxlu adam görürsənsə, deməli, həmin gün bazar ertəsidir və burada iştirak edənlərin hamısı təcrübə keçməyə ilk gün qatılanlardır.
6. Şirkətin bütün Kupertino üzrə hər yerdə çoxlu sayda kiçik ofisləri var. Əgər siz “İnfinite Loop”-dakı baş ofisdə işləyirsinizsə, deməli, azlıqdasınız.
7. Bir çox yeni işçilər xəyali məhsullar üzərində işləyir. Etibar qazanmaqdan ötrü əvvəlcə demək olar ki, tamamilə faydasız işləri yerinə yetirməkdən başlamalısan.
8. Müsahibə heç də çoxlarının düşündüyü kimi çox sərt deyil. Şirkətin keçmiş əməkdaşı “Apple”da işə qəbulla bağlı müsahibəni “Amazon”, “Yahoo” və “Akamai”-dəki ilə müqayisə edib və deyir ki, adları sonda çəkilən üç şirkətdəki müsahibələr daha çətindir və sərtlikləri ilə seçilir.
9. “Apple”da işləmək həqiqətən çox çətindir. İş qrafiki heç də həmişə normalara uyğun gəlmir, olur ki, istirahət günləri, nahar fasiləsi zamanı və bəzən gecələr də işləməli olursan.
10. Şam yeməyinə şirkətə pizza, burger və hətta pivə də gətirə bilərlər. Əgər bu baş veribsə, deməli bilmək lazımdır ki, bütün gecəni işləməli olacaqsan.