ASA hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət etdi

posted in: Xəbər | 0
birbank biznes

icbari sığorta növü, Sığortaçılar Assosiasiyası,“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi sentyabrın 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə bağlı sığorta şirkətlərinə müraciət edib.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, müraciətdə bildirilir ki, mövcud hərbi vəziyyəti, eyni zamanda bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır.

“Sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda, sığorta təminatı nəzərdə tutulmasa da işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və yaxud onların ailə üzvlərinə köməklik göstərilsin.

Çünki məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, ASA-nın bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, – müraciətdə qeyd olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email